Now Reading:
Rusiya hərbi mənbələri: “Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Rusiya hərbi mənbələri: “Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada “sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilər.

Bu barədə “Nezavisimaya qazeta” hərbi qaynaqlara istinadən yazır.

Bildirilir ki, Rusiyanın dəstəyi ilə Bəşər Əsəd qüvvələri Hələb şəhərinə hücumları davam etdirir və tezliklə şəhərin üsyançılardan təmizlənəcəyi gözlənilir. Bu isə Suriyada müharibənin dayandırılmasında mühüm mərhələnin başlanğıcı ola bilər. “İstisna deyil ki, barışıq prosesinə “mavi dəbilqəlilər” qismində tezliklə İranla yanaşı Misir, Çin, Serbiya, ilk növbədə Azərbaycan və Ermənistan da qoşulacaq”-hərbi-diplomatik mənbələr bildirir.

Gözlənilir ki, məsələ bu gün MDB mdafiə nazirlərinin Moskva toplantısında müzakirə olunacaq. Xəbər verildiyi kimi Azərbaycan müdafiə naziri Zakir Həsənov toplantıda iştirak etmək üçün ötən gün Moskvaya yola düşüb.

Məlumata görə Rusiya Müdafiə Nazirliyi artıq Azərbaycana təklif edib ki, Suriyada üsyançılardan azad edilmiş ərazilərdə minaların təmizlənməsində iştirak etsin. “Lakin Bakı bu təkliflə bağlı hələ susur”-mənbə deyib.

(virtualaz)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.