2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya hərbçiləri Azərbaycan jurnalistlərinə mane olub

Rusiya sülhməramlıları Azərbaycan jurnalistlərinə müvəqqəti yerləşdikləri ərazilərə keçməyə mane olublar.

Saytların yığılması Saytlarin yigilmasi

İctimai TV-nin dekabrın 7-də yaydığı süjetdə sülhməramlıların bu televiziyanın müxbir və operatoruna Qarabağdakı ərazilərə keçməyə maneçilik törətdikləri görülür. Süjetdə insidentin konkret olaraq hansı rayonda baş verdiyi bildirilmir. Müxbir Azərbaycan vətəndaşı, jurnalist, silahsiz olduğunu, həmin ərazilərin Azərbaycana məxsus olduğunu deyir, vəziyyət dəyişmir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən və Rusiya sülhməramlıları kontingentinin komandanlığından, hələlik, hər hansı şərh almaq mümkün olmayıb.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 3-də ölkənin Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərində “monitorinq aparılması üçün” görülən tədbirlərlə bağlı açıqlama yaymışdı. Açıqlamada qeyd edilirdi ki, onların, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC əməkdaşları Xocalıda sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirələr aparıblar. Vurğulandığına görə, məqsəd ərazidə “faydalı qazıntıların qanunsuz istismarı” ilə bağlı monitorinq aparmaq olub.

Məlumatda bildirilirdi ki, həmin gün axşam saatlarında onlar Azərbaycanın nəzarətində olan Şuşa şəhərinə qayıdıblar.

AzadlıqRadiosunun erməni xidməti isə dekabrın 3-də Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədəki tanınmayan quruma istinadla Gorus-Xankəndi yolunun Şuşa-Xankəndi arasındakı hissəsinin bağlandığını yazmışdı. Ərazidə olan Şuşanik Hayryan adlı şəxs “Azatutyun”a bildirib ki, həmin ərazidə 100-ə yaxın maşın dayanıb.

“Azatutyun”un yazdığına görə, davam edən üç saatlıq danışıqlardan sonra yol açılıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button