Bizim tərcüməDünya

Rusiya hərbi təyyarəsinə İHA hücumu iddiası çaşqınlıq yaratdı! Belarus fəalları izahat verdilər

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Rusiya-Ukrayna müharibəsi davam edərkən belaruslu fəallar Rusiya hərbi təyyarəsini pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə aldıqlarını iddia ediblər. Belarus hökumət əleyhinə fəallar paytaxt Minsk yaxınlığındakı Maçulişi hava bazasında Rusiyanın Beriev A-50 tipli erkən xəbərdarlıq təyyarəsinə dron hücumu həyata keçirdiklərini iddia ediblər. Sözügedən hücum nə Rusiya, nə də Belarus tərəfindən təsdiqlənməyib.

Belarusda hökumət əleyhinə fəaliyyət göstərən BYPOL təşkilatının lideri Əliaksandr Azarov açıqlamasında hücumun planlaşdırılmasının bir neçə ay çəkdiyini və “partizanların” gələcəkdə daha çox aksiyalar həyata keçirməyə çalışacaqlarını bildirib. “Rus işğalçılarına qarşı və Belarusda hakimiyyəti qanunsuz olaraq ələ keçirən (Dövlət Prezidenti) qatil Lukaşenko rejiminə qarşı müharibəmizi davam etdirmək üçün çalışırıq” deyən Azarov, hücum iddiasını dəstəkləmək üçün heç bir dəlil təqdim etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Belarus müxalifət lideri Svyatlana Tsixanouskayanın müşaviri Franak Viacorka da hücumda iki belarus “partizanının” iştirak etdiyini bildirərək, PUA-ların Beriyev A-50 təyyarəsinin radar antenası və avionikası da daxil olmaqla ön və orta hissələrini zədələdiyini bildirib. . Hücumu həyata keçirən iki nəfərin hazırda Belarus xaricində təhlükəsiz şəraitdə olduğunu qeyd edən Viacorka, “Belarusda rus hibrid işğalına qarşı müqavimətini davam etdirən və Ukraynanın azadlığı üçün mübarizə aparan bütün belaruslarla fəxr edirəm” dedi.

Belarusun insan haqları təşkilatı “Vyasna”dan verilən açıqlamada aviabazanın yerləşdiyi Maçulişidə bir qadının saxlanıldığı və onun saxlanma səbəbinin məlum olmadığı bildirilib. Rusiyanın müttəfiqi olan Belarus Rusiyaya Ukraynaya hücum etmək üçün öz ərazisindən istifadə etməyə icazə verib, lakin indiyədək müharibədə birbaşa iştirak etməyib. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Belarusda və Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində, xüsusən də dəmir yolu xətlərində müxtəlif təxribatlar həyata keçirilir.

Müxalifət siyasətçilərini dəstəkləyən keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının daxil olduğu BYPOL Belarus hökuməti tərəfindən terror təşkilatı hesab edilir. (İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button