Dünya
Rusiya hücum etməyəcək – Putin təsdiqlədi
Rusiyanın Ukraynanın Mariupol vilayətinə hücum riski azalıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın diplomatik mənbələrindən məlumat verilib.
Mənbə qeyd edir ki, Rusiya Donetskdə münaqişənin nizama salınması prosesini dəstəkləyib və buna hər cür imkan yaradacaq.
“Normand dördlüyü”nün Berlində keçirilən görüşündə qeyd edilib ki, Rusiya hücuma keçərsə, Ukrayna Prezidenti Pyotr Poroşenko beynəlxalq məhkəməyə müraciət edəcək. Həmçinin görüşdə Rusiya Prezidenti Vladimir Putin də bir neçə dəfə təsdiqləyib ki, Donetskdə atışmanı dayandırmaq lazımdır.