2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Rusiya idmançıları ilə bağlı dopinq qalmaqalı böyüyür

Arbitraj məhkəməsinin qərarı Beynəlxalq Olimpiya Komitəsinin prezidentini təəccübləndirib

İdman Arbitraj Məhkəməsinin bəraət verdiyi 15 Rusiya idmançısı Olimpiadaya buraxılmayacaq. Bu haqda Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb. BOK hesab edir ki, məhkəmə qərarı həmin idmançılarla bağlı “dopinq şübhəsini” aradan qaldırmayıb.

Bundan əvvəl BOK-un prezidenti Tomas Bax İdman Arbitraj Məhkəməsinin rusiyalı 28 idmançının dopinqlə əlaqədar Olimpiya Oyunlarından uzaqlaşdırılması qərarını ləğv etməsini “olduqca məsyusedici və təəccüblü qərar” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Beynəlxalq Olimpiya Komitəsi, biz heç vaxt bunu gözləməzdik. Biz hesab edirik ki, bu qərar İdman Arbitraj Məhkəməsinin daxili strukturunda islahatlara təcili ehtiyac olduğunu göstərir”, – o, cümə günü Qış Olimpiya Oyunlarının başlayacağı Pxençxanda bildirib.

İdman Arbitraj Məhkəməsi cümə axşamı günü kifayət qədər dəlilin olmadığını əsas gətirərək, rusiyalı 28 idmançının dopinqlə əlaqədar oyunlarda iştirakına qoyulan qadağanı ləğv edib. Rusiya Pxençxana 28 idmançıdan 15-ni göndərmək istədiyini bildirib. Bunlar arasında qızıl medallar almış Aleksandr Tretyakov və Aleksandr Leqkov da göstərilib. Rusiyanın 2014-ci ildə Soçidə Qış Olimpiya Oyunlarında iştirak etmiş bobsley idmançılarının çoxu artıq idmanı tərk edib.

Biz hesab edirik ki, bu qərar İdman Arbitraj Məhkəməsinin daxili strukturunda islahatlara təcili ehtiyac olduğunu göstərir.
Tomas Bax

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti deyib ki, Fransanın idman naziri Valeri Forneyronun sədrlik etdiyi müstəqil heyət Rusiyanın dopinq işini nəzərdən keçirib, öz tövsiyələrini verəcək. O, yekun qərarın “gələn bir neçə gün ərzində veriləcəyinə” ümid etdiyini bildirib.

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın 169 idmançısını “Rusiyadan Olimpiya idmançıları” komandasının tərkibində neytral bayraq altında Pxençxanda yarışlarda iştirak etməyə dəvət edib.

Komitənin sözçüsü Mark Adams bildirib ki, onun təşkilatı İdman Arbitraj Məhkəməsinin qərarını nəzərdən keçirmək və ondan appellyasiya etmək hüququna malikdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button