Loading...
Loading...
Xəbərlər

Rusiya ilə fikir ayrılıqları səbəbindən Avropa İttifaqı Azərbaycandan qaz tədarükünü artırmağı xahiş edəcək

Bakı/29.01.22 Transadriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz tədarükünün artırılması mümkünlüyünün müzakirəsi məqsədilə Avropa İttifaqı gələn həftə Azərbaycanla danışıqlar aparacaq. Bu barədə Financial Times məlumat verir. 

Nəşrin məlumatına görə, energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson Bakıya səfər etmək niyyətindədir. Burada o, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək.

“Danışıqların Avropaya qaz tədarükünün şaxələndirilməsi məsələsində Azərbaycanın roluna həsr ediləcəyini gözləyirik”, deyə nəşrin mənbəyi bildirib.

Hazırda Azərbaycan təxminən 16 milyard kubmetr qaz ixrac edir, bunun 10 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə İtaliya, Bolqarıstan və Yunanıstana gedir.

Azərbaycan qazının Avropaya tədarükünün artırılması mümkünlüyü ilə bağlı müzakirələr Ukrayna ətrafında böhranla əlaqədar Aİ-Rusiya münasibətlərində gərginlik səbəbindən fəallaşıb.

Bir müddət əvvəl AFR XİN başçısı Annalena Berbok bildirib ki, Rusiya Ukraynanı “işğal etsə” Almaniya hakimiyyəti “Şimal axını – 2” qaz kəmərinə sanksiyalar tətbiq etməyə hazırdır. -02Â-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button