2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya İmperiyasının türk vətəndaşlarının taleyi haqqında monoqrafiya

Bakı/05.01.22 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-Coğrafiya fakultəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyevanın “Rusiyada türk vətəndaşları: təqib və işgəncə həyatı (1877-1953)” adlı yeni monoqrafiyası işıq üzü görüb.

Bu barədə Turan agentliyinə Əliyeva özü bildirib.

Kitab Rusiya İmperiyası ərazisindəki türk vətəndaşlarının taleyinə həsr olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Rusiya hökuməti türk vətəndaşlarının (Türkiyəyə gedən, sonra isə vaxtaşırı öz vətənlərində qayıdan səyahətçilərin, mühacirlərin, Türkiyədə təhsil almış rus müsəlmanlarının, müəllimlərin, mollaların, dərvişlərin, sərgərdanların) öz ərazilərində hərəkətini diqqətli bir şəkildə izləyir, elanların yayılması və məlumatların toplanması məsələsində onlara şübhə ilə yanaşır”, deyə o qeyd edib.

Müəllif monoqrafiyada geniş mənbələrə əsaslanaraq, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən 1953-cü il Stalinin vəfatına qədər olan müddətdə Rusiyadakı türk təbəələrinin həyatını tədqiq edib. Türkiyə vətəndaşları və bu və ya digər şəkildə Türkiyə və türk təbəələri ilə əlaqədə olan və ya onlarla əlaqədə olanların müəyyən edilməsi, izlənilməsi və onlara qarşı müxtəlif tədbirlərin görülməsi prosesi ətraflı şəkildə təhlil edilib.

Moskvanın “Maska” nəşriyyatı tərəfindən çap olunan əsərin redaktoru Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun Ümumi tarix şöbəsinin müdiri tarix elmləri namizədi Eldar Abbasov, rəyçisi isə Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Asiya və Afrika İnstitutunun Orta və Yaxın Şərq Tarixi kafedrasının dəvətli professoru, tarix elmləri doktoru Mehmet Perinçekdir. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button