2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya-İran yaxınlaşması – Mehriban düşmənlərin işbirliyi 

Mənbə: Nyu-York Tayms

Tərcümə: Novator

ABŞ-ın “Nyu-York Tayms” qəzetində Rusiya-İran münasibətlərinə dair məqalə dərc olunub. “Rusiya İranla yaxınlaşır” başlıqlı məqalənin müəllifi qəzetin icmalçısı Yana Dluqidir. Məqalənin ingilscədən tərcüməsini təqdim edirik.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti Vladimir Putin ölkəsinə hərbi və iqtisadi dəstəyi gücləndirmək məqsədilə İrana gedir. Putinin səfəri ABŞ prezidenti Cozef Baydenin Yaxın Şərq səfərindən sonraya təsadüf edir. İran və onun nüvə proqramı Baydenin Yaxın Şərq səfərində əsas müzakirə mövzularından olub.

Moskva ilə Tehran arasında münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Bu tarixə nəzər salanda iki ölkə arasında çox vaxt gərginliyin yaşandığını görmək mümkündür. İranlılar 19-cu əsrin əvvəllərində Fars imperiyasının Rusiya çarına güzəşt etdiyi əraziləri hələ də xatırlayırlar.

Bu gün həm İran, həm də Rusiya Qərbin sanksiyalarına məruz qalan və bu sanksiyalardan qaçmağa çalışan ölkələrdəndir.

İran-Rusiya münasibətləri barədə ətraflı bilgi əldə etmək üçün “Nyu-York Tayms”ın əməkdaşı, Yaxın Şərq üzrə ekspert Farnaz Fassihi ilə söhbətləşdim. Söhbətimizi kiçik redaktə ilə təqdim edirəm.

Müharibə iki ölkə arasında münasibətləri necə dəyişib?

Əvvəllər İranla Rusiya arasında strateji deyil, daha çox taktiki müttəfiqlik olub. İran həqiqətən bu əlaqələri daima inkişaf etdirmək istəyib. Amma Rusiyanın Qərblə iqtisadi əlaqələri olduğundan Rusiya İranı özündən kənar saxlayıb, onun əlini uzanıqlı qoyub.

Kreml bu ilin fevralından Ukraynada müharibəyə başlayandan münasibətlər dəyişib. Rusiya indi beynəlxalq təcridlə üz-üzə qalıb, ona görə sanksiyalardan can qurtarmağın yollarını axtarır. İran isə sanksiyalardan yayınmaqda böyük təcrübəyə malikdir.

İndi İranın əlinə Rusiya ilə yaxınlaşmaq üçün yaxşı fürsət düşüb. Moskva Tehrana neft və enerji satmaqda, sanksiyalardan yayınmaqda ona yardım göstərə biləcək mühüm bir tərəfdaş kimi baxır.

İran niyə Rusiya ilə yaxın olmaq istəyir?

Rusiya ilə yaxınlaşma İrana dünya gücləri cərgəsinə qoşulmaq şansı verir, islam respublikası rejiminin təhlükəsizliyinə zəmanət yaradır, İranı həm hərbi, həm iqtisadi cəhətdən qoruyacaq bir alyansa yol açır. Bu eyni zamanda bəzi ölkələrə ismarışdır: “Siz bizə qarşı sanksiyalar tətbiq edə bilərsiniz, amma biz təcrid olunmuş vəziyyətdə deyilik”.

Hərçənd İran ictimaiyyəti belə oyunlara o qədər də maraqla tamaşa etmir.

Ümumən iranlılar Rusiyaya çox şübhə ilə yanaşırlar. Keçmiş tarix onlarda Rusiyaya etibarsızlıq formalaşdırıb. İranlılar Rusiyanın onların marağından çıxış edə biləcəyinə inanmırlar.

Bir sözlə, İran xalqı Rusiyaya inanmır, rəğbət bəsləmir. Və əksinə: iranlılar Ukraynaya çox rəğbətlə yanaşırlar.

İranlıların nəzərində Rusiya onlara zülm edən Tehran rejimini qoruyan bir qüvvədir.

Hər dəfə iki ölkə arasında qarşılıqlı rəsmi səfərlər olanda İranda böyük hay-küy yaranır, “Biz Rusiyanın müstəmləkəsinə çevrilirikmi?” kimi suallar ətrafında müzakirələr baş qaldırır.

1979-cu ildə islam inqilabının şüarlarından biri belə idi: “Şərqə –  yox, Qərbə – yox, islam respublikasına – hə!” Ona görə İranın inqilabçıları və mühafizəkarları arasında da “Bu rejim niyə Qərbi rədd etmək mövqeyində qaldığı halda Şərqə yalvarır və Rusiya ilə müttəfiqlik edir?” kimi sual verənlər olur.

İranın minusları hansılardır?

İran çətin vəziyyətdə imtina edə bilər. Rusiya Tehran qarşısında İranın iradəsinə, maraqlarına cavab verməyən tələblər qoya bilər. Çünki Rusiya İranla münasibətlərdə üstünlüyə malikdir.

Misal kimi İranın nüvə sazişini göstərmək olar. Ukrayna müharibəsinin ilk həftələrində İranın nüvə sazişi ilə bağlı məsələ sanki həll olunmuş kimi görünürdü. Sonra Rusiya buna qarşı çıxdı və dedi: “Rusiya bu sazişdən faydalana biləcəyinə dair ABŞ və Avropadan təminatlar almayınca İran müqaviləni imzalamamalıdır”.

Bu, İran üçün gözlənməz oldu. İran müttəfiq hesab etdiyi ölkədən belə addım gözləmirdi. Moskvanın mövqeyi Tehranı həqiqətən çətin seçim qarşısında qoydu. Bir yandan Tehranda deyirlər ki, biz nüvə sazişi ilə bağlı qərarımızı Rusiyanın yox, İranın maraqlarını nəzərə alıb verməliyik. O biri yandan Tehranda onu da deyirlər ki, biz Rusiyanı qəzəbləndirə bilmərik. Belə durumda nə edəsən?

İran üçün risk ondan ibarətdir ki, Putin kimi qeyri-müəyyən və dəyişkən bir gücə nə qədər yaxınlaşsan, bir o qədər onun boyunduruğu altına düşürsən.

Rusiya artıq İranın bəzi müştərilərinə daha ucuz qiymətə neft təklif edir. Deməli, İran bu sahədə Rusiya ilə rəqabət aparmaq məcburiyyətində qalır. Amma Tehran Moskva ilə münasibətləri poza biləcək bir addım atmaq da istəmir. Ona görə İran Rusiyanın onun müştərilərinə ucuz neft təklif etməsinə dözməlidir.

Bəs Rusiya üçün risklər varmı?

Ukrayna müharibəsinədək İranın Rusiyaya istədiyi qədər yaxın ola bilməməsinin səbəbi Rusiyanın İsraillə yaxın münasibət saxlaması idi. Bundan əlavə, Rusiyanın İranın rəqibi Səudiyyə Ərəbistanı ilə və rus milyonçularının yaşayış məkanına, sığınacağına çevrilmiş Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri var.

Rusiya bölgədə sünni qüvvələri ilə və İsraillə münasibətlərini qoruyub saxlamaq istəyirsə, onda onları İranla çox da yaxın olmadığına inandırmalıdır. Bu, olduqca incə balansdır və onu gözləmək asan deyil.

24 saat” “Rusiya-İran yaxınlaşması – Mehriban düşmənlərin işbirliyi ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button