2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya İraqdan Ukraynaya qaçaqmal silah gətirir – “The Guardian”

Bavar-373 raket sistemi. Foto: AFP 

Rusiya Ukraynadakı hərbi əməliyyatlar üçün İraqdan qaçaqmal yolu ilə hərbi texnika və sursat alır. “The Guardian” yazır ki, bu proses İranın silah qaçaqmalçılığı şəbəkəsinin vasitəsilə həyata keçirilir. 

Nəşr bu barədə informasiyanı İraqdan olan və İran tərəfindən dəstəklənən döyüşçülərdən və regiondakı kəşfiyyat xidmətlərindən əldə etdiyini iddia edir. 

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, Rusiya mart ayında Ukraynada üzləşdiyi uğursuzluqdan sonra bu ölkəyə İraqdan tank əleyhinə qumbaraatanlar və raketlər, həmçinin Braziliya istehsalı olan yaylım atəş sistemləri göndərilib.  

Tehran hakimiyyəti Rusiyaya C-300-ün analoqu olan Bavar 373 raket kompleksi hədiyyə edib. Bundan başqa, Rusiyadan aldığı C-330-ün özünü də geri qaytarıb. Bu detalları raket komplekslərinin daşınmasında iştirak edən mənbə açıqlayıb. 

“The Guardian”ın yazdığına görə, silah ticarəti ilə məşğul olan cinayətkar şəbəkənin xidmətlərindən istifadəyə əl atması, Rusiyanın strategiyasını dəyişdiyini göstərir. Belə ki, Ukraynaya hərbi təcavüzdən sonra üzləşdiyi sanksiyalar səbəbindən Moskva özünün Suriyadakı hərbi müttəfiqi olan İrana arxalanmağa məcbur olub. 

İraqdakı ən güclü şiə qruplaşması sayılan Həşd əş-Şaabinin sərəncamında olan bu silah və hərbi texnika martın 26-da Salamca sərhəd keçid məntəqəsindən İrana gətirilib. Oradan isə İran hərbçiləri dəniz vasitəsilə Rusiyaya çatdırıblar. 

Tranziti həyata keçirən qrupun komandiri bildirib ki, bunun ardınca, aprelin 1-də “Həşd əş-Şaabi” iki ədəd Astros II raket sistemini sökərək, hissə-hissə Rusiyaya göndərib. Astros II İraqda Sajil-60 sistemlərinin lisenziyalı versiyası kimi tanınır. 

“Bu ağır silahların hara göndərilməsinin bizim üçün fərqi yoxdur. ABŞ-a qarşı istifadə oluna biləcək hər bir vasitə bizi xoşbəxt edir” – bu sözləri isə “Həşd əş-Şaabi”dəki mənbə deyib. 

Bundan sonra, ikisi Rusiya, biri isə İran bayrağı altında olmaqla, 3 yük gəmisi Xəzər dənizini keçərək, yükü Ənzəlidən Həştərxan limanına çatdırıblar. 

24 saat” “Rusiya İraqdan Ukraynaya qaçaqmal silah gətirir – “The Guardian”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button