Loading...
Loading...
Cəmiyyət

Rusiya istəyir ki, İngiltərə və Fransa daha geniş nüvə danışıqlarına qoşulsun

Araşdırmaçı jurnalıistlər cəsus proqramı vasitəsilə izləmə siyahısında Fransa prezidentinin də telefon nömrəsini tapıblar. Prezidentin sözçüsü deyib ki, jurnalistlərin aşkarladığı faktlar təsdiqlənərsə bu çox ciddi məsələdir.

Pegasus casus proqramı vasitəsi ilə izləmə hədəfi ola biləcək telefon nömrələrinin siyahısında jurnalistlər Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla ən azı 14 dövlət və hökumət başçısının nömrələrini tapıblar.

Le Monde qəzetinin yazdığına görə, Makronun nömrəsi Mərakeş kəşfiyyat xidmətləri tərəfindən Pegasus ilə sındırmaq üçün mümkün hədəf olaraq tərtib edilən telefon nömrələrinin siyahısında yer alıb.

Siyahıda daha 10-dan çox fransalı nazirin adının da yer aldığı bildirilir. “Forbidden Stories ” in rəhbəri Lonard Riçardın sözlərinə görə, siyahı xüsusi xidmət orqanlarının ona daxil olan insanlara olan marağını göstərir, lakin öz-özlüyündə bu hakerlik faktını təsdiqləmir.

Fransa Prezidentinin sözçüsü deyib ki, jurnalistlərin təqdim etdiyi faktlar təsdiqlənərsə, deməli “bunlar açıq-aşkar çox ciddidir”.

Siyahıda Makrondan əlavə Cənubi Afrika Prezidenti Cyril Ramafosa, Mərakeş Kralı VI Məhəmməd, Avropa Şurasının sədri Şarl Mişel , Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus da var.

Bundan əvvəl Macarıstan və Azərbaycan jurnalistlərinin, həmçinin öldürülən səudiyyəli jurnalist Camal Kaşoqinin yaxınlarının təsdiqlənmiş izləmə faktı barədə məlumat verilib.

Pegasus, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün hazırlanmış bir proqramdır və yalnız dövlət qurumları tərəfindən istifadə edilə bilər. Bu proqram izlənilən insanların smartfon məlumatlarına daxil ola bilir.

24 saat” “Rusiya istəyir ki, İngiltərə və Fransa daha geniş nüvə danışıqlarına qoşulsun” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button