2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Rusiya ixracı dayandırır – Buğdamız var?

Azərbaycan bu ilin yanvarında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artırıb. Ölkəyə 93,7 min tondan çox buğda idxal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Hesabatdan bəlli olub ki, Rusiyadan buğda idxalı 37,1 faiz azalıb. Əvəzində Qazaxıstandan idxal edilən buğdanın həcmi 37 faiz artıb. Ölkəyə idxal edilən buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan alınıb.

Azərbaycanın Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi ərəfəsində öz buğda ehtiyatını bu cür kəskin artırması şübhəsiz ki, çox düzgün və düşünülmüş qərardır. Çünki hələ ötən ilin payızından Rusiya Ukrayna ətrafına qoşun cəmləşdirməkdə idi, ABŞ kəşfiyyatı və Pentaqon isə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayacağı haqda xəbərdarlıqlar edirdi. Hətta müharibənin başlayacağı təxmini tarix də bir neçə dəfə açıqlanmışdı. Bu isə o demək idi, dünyanı taxıl qıtlığı gözləyə bilər, çünki həm Rusiya, həm Ukrayna dünyanın ən iri taxıl istehsalçıları və ixracatçıları arasında yer alır.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan hökuməti isə göründüyü kimi, situasiyanı düzgün təhlil edərək bəribaşdan ölkənin taxıl ehtiyatının artırılması üçün tədbirlər görüb.

İqtisadçı alim Altay İsmayılov hesab edir ki, idxalın dəfələrlə artırılması ilə Azərbaycanda kifayət qədər buğda ehtiyatı formalaşıb.

“Əslində, bu ilin fevral ayında da buğda idxalı artırılıb. Ümumilikdə, ilk iki ayda buğda idxalı ötən ilin yanvar-fevral aylarına nisbətən yeddi dəfədən çox olub. Beləliklə, ölkədə kifayət qədər buğda ehtiyatı formalaşıb”, – A.İsmayılov deyib.

Müsahibimizin sözlərinə görə, Rusiya-Ukrayna arasındakı müharibə, o cümlədən Rusiyanın buğda ixracına müvəqqəti məhdudiyyəti Azərbaycanda taxıl, ərzaqlıq buğda qıtlığına səbəb olmayacaq.

Son vaxtlar dünya bazarında buğdanın qiyməti rekord səviyyədə artır. İsmayılov deyib ki, ölkəyə idxal edilən buğda ötən ilin eyni dövrü ilə müqayisədə baha başa gəlsə də, indiki qiymətdən aşağıdır. Buna görə də hazırda ölkədə unun qiymətinin artmasına real iqtisadi səbəblər yoxdur: “Yaxın zamanlarda qiymət artımı gözlənilmir. Qarşıdan biçin vaxtı gəlir, o vaxta qədər taxıl ehtiyatımız var. İstehsaldan sonra təlabat yerli buğda hesabına ödəniləcək”.

Ekspert Cəfər İbrahimli isə bildirib ki, ölkənin buğdaya olan təlabatı 3,1 milyon tondur və bunun təxminən 1,3 milyon tonu idxal hesabına ödənilir. Və idxalın artması nəticəsində Azərbaycanda ehtiyat buğda bazası formalaşıb.

“Azərbaycan Rusiya, Ukrayna və Qazaxıstandan taxıl alır. Buğda əsasən Rusiyadan idxal edir. Təbii ki, müharibənin buğda satışına təsiri ilə bağlı narahatlıq var. Çünki qlobal buğda ticarətinin təxminən 25-29 faizi Rusiya və Ukraynanın payına düşür”, -İbrahimli deyib.

Ekspert hesab edir ki, Rusiyanın avqustun 31-dək buğda ixracını dayandırması Azəbaycana təsir etməyəcək: “Əslində, Rusiyanın buğda ixracını dayandırmasının uzun müddət çəkəcəyini düşünmürəm. Ehtiyac olan 1,3 milyon ton buğdanın Qazaxıstandan alınması mümkün deyil, bu kifayət qədər böyük rəqəmdir. Bununla belə, buğda idxal edən digər ölkələr də var. Hər nə qədər şərtlərə görə Rusiyadan buğda alınması sərfəli olsa da, başqa variantlar da nəzərdə keçirilə bilər. Hər bir halda ölkədə taxılla bağlı qıtlıq olmayacaq”.

İbrahimli əlavə edib ki, təkcə bu ilin ilk ayı deyil, eləcə də son bir ildə Azərbaycana ehtiyacı ödəyəcək qədər taxıl idxal edilib. Ölkəyə yalnız qış aylarında taxıl gətirilir, iyundan da taxıl biçininə başlanılacaq. Təlabatın 1,9 milyon tonu məhz yerli istehsal hesabına ödənilir. Builki mövsümdə taxıl istehsalının artacağı da proqnozlaşdırılır. (virtualaz)

24 saat” “Rusiya ixracı dayandırır – Buğdamız var?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button