24saat.org Rusiya keçmiş casusun zəhərlənməsiylə bağlı “sualları cavablandırmalıdır” - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Rusiya keçmiş casusun zəhərlənməsiylə bağlı “sualları cavablandırmalıdır”

ABŞ prezidenti Donald Trump Britaniyanın baş naziri Theresa May-lə razılaşıb ki, Moskva Britaniyada yaşayan keçmiş Rusiya agenti Sergey Skripalın kimyəvi maddə ilə necə zəhərləndiyinə dair yaranmış suallara “birmənalı” cavab verməlidir.

May-in sözçüsü bəyan edib ki, Trump bu məsələdə Birləşmiş Krallığın tərəfində olduğunu bildirib.

Bundan əvvəl Donald Trump Vaşinqtonda müxbirlərə demişdi ki, Vaşinqton martın 4-də keçmiş Rusiya casususunun zəhərlənməsinin arxasında “Rusiya və ya başqa kiminsə” olmasını kəskin tənqid edəcək.

Trump deyib ki, Britaniya tərəfinin əlində olan məlumatlar zəhərin Rusiyada hazırlandığını güman etməyə əsas verir.

Britaniya bəyan edib ki, Skripalın zəhərlənməsində istifadə edilmiş Noviçok adlı kimyəvi maddə Sovet İttifaqında istehsal olunub.

Britaniyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı nümayəndəsi bildirib ki, Rusiya özünün əsəb-sinir sisteminə təsir edən kimyəvi maddələri barədə hesabat verməyib.

Peter Wilson deyib ki, prezident Putinin 2017-ci ildə Rusiyanın bütün kimyəvi maddələri məhv etdiyinə dair bəyanatına rəğmən Moskva özünün kimyəvi silah proqramı barədə tam açıqlama verməyib.

Wilson Skripala hücumda Rusiyanın “əli olduğuna” dair Londonun ittihamını təkrar edib və bildirib ki, Moskva özünün kimyəvi silahlarına dair hesabatı açıqlamalıdır.

Trump və Wilson-un bəyanatlarından əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanın hər hansı bir rolunun olmasını inkar etmişdi.

Buna baxmayaraq Britaniyanın daxili işlər naziri Amber Rudd deyib ki, London hələ də bu hadisə barədə Moskvanın etirafını gözləyir. O xatırladıb ki, Londonun sorğuları cavablandırmaq üçün qoyduğu möhlət qüvvədə qalır.

Bu arada Britaniya bildirib ki, Rusiyanın RT telekanalının bu ölkədə yayınlanması üçün verilmiş lisensziyaya yenidən baxılır.

Buna cavab olaraq Moskva bəyan edib ki, Britaniyanın bütün yayınçılarına Rusiya ərazisində qadağan qouyula bilər.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, London RT kanalının yayınlarını dayandırarsa, Rusiya ərazisində Britaniyanın bütün mediaları qadağan olunacaq.

(azadliq.org)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.