2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiya Kiyevi ala biləcəkmi? – Ukraynalı ekspertin fikri

Ekspertin fikrincə, Rusiya qüvvələri İkinci Dünya Müharibəsindən qalma fəlsəfə ilə – “nəyin bahasına olursa olsun” fəlsəfəsi ilə hərəkət edirlər

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynada vəziyyət gərgin olaraq qalır. Rusiya qüvvələri Xarkov, Mariuopol və başqa iri şəhərləri bombardman etməkdə davam edirlər. Buna baxmayaraq son hadisələr Rusiya qüvvələrinin əsas hədəfinin paytaxt Kiyev olduğunu göstərir. Bunu Current Time TV-yə hərbi ekspert, Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin eksperti Viktor Kevlyuk deyib:

“Bir nömrəli hədəf paytaxta həmlədir. Bunu dünən (martın 10-da) Brovarı altında baş vermiş döyüş də göstərir. Orada Sverdlovsk vilayətindən və Çebarkul şəhərindən olan olan 90-cı tank diviziyasına daxil taktiki batalyon qrupları Kiyevə doğru cəbhəni yarmağa çalışırdılar. Onların qarşısı alınıb və 6-cı tank alayı tamamilə darmadağın edilib. Təsdiq olunmamış məlumatlara görə bu alayın komandiri həlak olub. Biz görürük ki, onların məqsədi tam Kiyev olmasa da, heç olmasa, düşmən üçün prioritet olan hökumət hissəsini tutmaqdır”.

Ukraynalı politoloq “Rusiya qüvvələri Kiyevi ala biləcəklərmi” sualına belə cavab verib:

“Əlbəttə, istənilən situasiyada proqnoz vermək olar. Mənim fikrimcə düşmənin Kiyevi tutmaq üçün gücü yoxdur. 3 milyon insanın yaşadığı meqapolisi, hətta bütün Rusiya qruplaşmasını ora dartmaqla da nəzarətə almaq çox çətin məsələdir. İndi yaranmış vəziyyətdə buna imkan çox azdır”.

Ekspertin fikrincə, Rusiya qüvvələri İkinci Dünya Müharibəsindən qalma fəlsəfə ilə – “nəyin bahasına olursa olsun” fəlsəfəsi ilə hərəkət edirlər.

“Xarkovdan qisas alınır”

Alınan son məlumatlara görə Rusiya qoşunları artıq Xarkova girməyə cəhd göstərmirlər, amma şəhəri artilleriya atəşinə tuturlar.

Viktor Kevlyuk bu barədə deyir ki, Ukraynanın ilk paytaxtı Xarkovu tutmaqdan məqsəd mənəvi-psixoloji təzyiq ola bilərdi.

Ekspertin fikrincə rusiyalılar ölkənin ən çox rusdillilərin olduğu şəhərində gül-çiçəklə qarşılanacaqlarını gözləyirdilər, amma indi bu alınmayanda şəhərdən qisas alırlar.

Kevlyuk deyir ki, quru qüvvələri ilə Xarkovu ala bilməyəcəyini başa düşən düşmən indi aviasiya və artilleriya ilə onun yaşayış məhəllələrini dağıdır:

“Bu ovaxtadək davam edəcək ki, düşmən bu istiqamətdə həlledici məğlubiyyətə uğramayacaq. Artıq indidən demək olar ki, düşmənin piyada qüvvəsi məhv edilib. Lakin artilleriya bizim vuruş dairəmizdən kənarda qalır, aviasiya isə ümumiyyətlə Rusiya ərazisində bazalanıb. Bunlar hələki əhəmiyyətli itkiyə məruz qalmayıblar”.

Qorxulusu İskander sistemləridir

Bu arada CNN Pentaqondakı mənbələrə istinadən bildirib ki, Rusiya Ukrayna ərazisinə artıq 710 raket atıb. Elə isə Rusiyanın hələ nə qədər qüvvəsi qalır?

Kevlyuk bildirir ki, ABŞ-dan səsləndirilən rəqəmlərin mötəbərliyinə inanır, çünki onlarda raket zərbələri barədə erkən xəbərləmə sistemləri var.

Onun fikrincə “Kalibr” raketləri üzrə də Pentaqonun qiymətləndirməsi obyektivdir və rusiyalılar bu raket ehtiyatının 80 faizini işlədiblər:

“Ciddi təhlükəni əməliyyat-taktiki İskander kompkleksləri təşkil edirlər. Rusiya qüvvələrində bu raketlərdən kifayət qədər var. Onların üç, ya dörd raket briqadası var. Belə briqadaların ümumi sayı 10-dur. Deməli hələ uzun müddət ata bilərlər”.

Tank itkiləri. Münaqişə dayana bilərmi?

Ukraynalı ekspert Bellingcat jurnalist təhqiqat qrupunun Rusiyanın 7-8 günə münaqişəni “dondurmağa” çalışacağına dair mülahizəsini istisna etmədiyini bildirib.

24 saat” “
Rusiya Kiyevi ala biləcəkmi? – Ukraynalı ekspertin fikri
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button