2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiya kommunistləri Putinin əleyhinə səs verəcəklər


Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) Mərkəzi Komitəsinin rəyasət heyəti ölkə konstitusiyasına prezident Vladimir Putinin təklif etdiyi düzəlişlərin əleyhinə səs verməyə çağırıb.

RFKP-nin rəhbər orqanının bəyanatında deyilir ki, düzəlişlərin arasında “mühümləri və ümidvericiləri” də var, lakin ümumilikdə bu düzəlişlər “prezidentin mütləq hakimiyyətindən” və “oliqarx idarəçiliyindən” imtina edilməsinə imkan yaratmır.

Bəyanatda vurğulanır ki, konstitusiyanın yeni variantı yalnız “prezident hökmranlığını gücləndirir” və 1 iyul səsverməsi isə “daha çox formal mərasim xarakteri daşıyır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da qeyd olunur ki, səsvermə hüquqi baxımdan şübhəli prosedur əsasında keçirilir.

 

Boykot etmək yox, əleyhinə səs vermək

Kommunist Partiyasının bəyanatında deyilir ki, partiya səsvermənin boykotuna deyil, əksinə məntəqələrə gələrək sənədin əleyhinə səs verməyə çağırır.

Sözü gedən düzəlişlər ötən martda Dövlət Dumasında səsə qoyularkən kommunistlər səsvermədə iştirak etməmişdilər.

Lakin eyni zamanda onlar Vladimir Putinin prezidentlik müddətlərinin “sıfırlanması” ilə bağlı kosmonavt Valentina Tereşkovanın son anda irəli sürdüyü təklifin əleyhinə səs vermişdilər.

Federasiya Şurasında bu düzəliş təklifinin əleyhinə səs verən yeganə senator da kommunist Vyacheslav Markhayev idi.

Parlamentdəki digər fraksiyalar düzəlişləri dəstəkləyiblər.

 

Putinə ömürlük hakimiyyət verilməsi üçün pərdə

Parlamentə daxil olmayan müxalifət partiyaları, Vladimir Putinin tənqidçiləri düzəlişlərin əleyhinə çıxır və onları sadəcə olaraq prezidentə 2036-ci ilədək hakimiyyətdə qalmaq imkanının verilməsi üçün pərdə kimi qiymətləndirirlər.

Lakin müxalifətin səsverməyə yanaşmasında fikir ixtilafı var. Bəziləri səsvermənin boykotuna, digərləri isə iştirak edərək düzəlişlərin əleyhinə səs verməyə çağırırlar.

Konstitusiya düzəlişlərinə “ümumxalq səsverməsi” iyulun 1-ə təyin edilib, lakin koronavirus pandemiyasına görə iyunun 25-dən etibarən səs vermək olar.

Mərkəzi Seçki Komissiyası bildirir ki, koronavirusa görə adamların bir yerə toplanmasının qarşısının alınması üçün onlara bir-neçə gün ərzində səs vermək imkanı yaradılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button