2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya Krımda aktiv döyüşlərə hazırlaşır

“Washington Post” qəzeti Rusiyanın ilhaq edilmiş Krımda müdafiə strukturları qurmaq üzrə fəal səyləri ilə bağlı araşdırma dərc edib. Nəşr “Maxar”ın təqdim etdiyi peyk fotolarına əsaslanaraq göstərir ki, cəmi bir neçə həftə ərzində Rusiya rəhbərliyi Krımda səngərlər və maneələr şəbəkəsi qurmağa nail olub.

Məqalədə Krım müharibə zonasında “ən möhkəmləndirilmiş” ərazilərdən biri adlandırılır.

Qəzet digər şeylər arasında Krımın materikə keçidin yaxınlığında yerləşən Medvedevka kəndinin fotoşəkillərini dərc edib. Fevralın 11-də çəkilmiş şəkildə Sivaş gölünün kənarından uzunluğu bəzi hallarda 900 metrdən çox olan bütöv xəndəklər şəbəkəsi görünür. Həmçinin orada üç sıra “əjdaha dişləri” var. Bu, piramidal formaya malik beton tank əleyhinə maneələrdir.

Saytların yığılması Saytlarin yigilmasi

Nəşrin yazdığına görə, Rusiya Ukraynanın yaz əks-hücumunu gözlədiyi son həftələrdə belə müdafiə strukturları xüsusilə sürətlə peyda olmağa başlayıb. Krımın Saak rayonundakı Vitino kəndinin fevralın 27-də çəkilmiş şəklində boş sahil görünür. Bununla belə, artıq martın 12-də dəniz yaxınlığında xəndəklər xətti yaranıb.

Vitino yaxınlığında çəkilmiş görüntülərin birində səngərlərdə qurulmuş bir neçə artilleriya da var.

“Bəzi analitiklər bildirirlər ki, aktiv döyüş əməliyyatlarından uzaq zonada belə silahların olmasını izah etmək çətindir”, – müəlliflər qeyd ediblər.

Yazarlar xatırladırlar ki, Rusiya hərbçiləri xəndəklər qazmaq üçün həm canlı qüvvədən, həm də texnikadan istifadə edir.

“İnternetdə gündə 90 dollardan çox qiymətə səngərləri beton və taxta ilə möhkəmləndirmək üçün işçi axtarırlar və bu, qibtə edilən maaşdır”, – nəşr vurğulayıb.

Müdafiə strukturlarının bir çoxu təbii su əngəllərinin, məsələn, dəniz sahili və ya kanalların yaxınlığında ortaya çıxıb, bu da Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı əlavə maneələr yaradacaq.

Bununla belə, məqalədə Ukraynanın sahilə qoşun yerləşdirmə əməliyyatı və ya Krıma genişmiqyaslı hücum ehtimalının yüksək olduğuna inanmayan ekspertlərə istinad edilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Təhlili Mərkəzinin Rusiya proqramının direktoru Maykl Kofmanın fikrincə, Ukrayna çətin ki, Krımı “klassik mənada” ələ keçirməyə qərar versin. Direktora görə, Ukrayna ordusu taqətdənsalma taktikasına və yarımada üzərində atəş nəzarətini bərqərar etməyə əl atacaq.

“Zaman keçdikcə bu, Krımdakı vəziyyəti dözülməz edə bilər və nəticədə Rusiya onun statusunu müzakirə etməli ola bilər”, – Kofman Washington Post qəzetinə deyib.

Qəzet xatırladır ki, Ukrayna artıq belə bir strategiyanı sınaqdan keçirir: keçən ilin avqustundan Amerikanın ACLED layihəsinin məlumatına əsasən, Ukrayna Rusiyanın Krımda və ya yarımada yaxınlığındakı hədəflərinə 70-dən çox zərbə endirib.

Bir çox hallarda bu, dronların istifadəsi də daxil olmaqla hava hücumları olub. Bəzən Krım ərazisindən təşkil edilən diversiyalardan bəhs etmək olar. Nəşr bildirir ki, Rusiya bu hücumların bəzilərini zərərsizləşdirə bilib, lakin onların bəziləri uğurlu olub və dağıdıcı nəticələr verib.

24 saat” “Rusiya Krımda aktiv döyüşlərə hazırlaşır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button