Loading...
Loading...
Dünya

Rusiya Kursk nüvə stansiyasında diversiya baş verdiyini deyir

Elektrik kabelləri dayaqlarında partlayışların avqustun 4, 9 və 12-də baş verdiyi bildirilir

Rusiya Federal Təhlükıəsilik Xidməti – FTX Kursk Atom Elektrik Stansiyasından çıxan yüksək gərginlikli elektrik kabellərinin kəsilməsi ilə bağlı terrorçuluq ittihamı ilə cinayət işinin açıldığını bildirib.

Bu barədə məlumatı Rusiyanın RIA Novosti dövlət xəbər agentliyi yayıb.

Məlumatda qeyd olunur ki, diversiya nəticəsində stansiyanın iş prosesi pozulub.

Xəsarət alanlar barədə məlumat verilmir. Qeyd olunur ki, Kursk AES-in ətrafındakı ərazidə radioaktiv fon normaldır.

Elektrik kabelləri dayaqlarında partlayışların avqustun 4, 9 və 12-də baş verdiyi bildirilir.

FTX ukraynalıları ittiham edir

FTX baş vermiş hadisəyə görə “Ukrayna diversantlarını” ittiham edir. Kursk vilayəti Ukrayna ilə həmsərhəddir.

Kiyev bu ittihamlara hələki reaksiya verməyib.

Bu da bildirilir ki, AES-in ətraf şəbəkədən ayrılması blokların işində qəza vəziyyəti yarada bilər.

Bundan əvvəl Kursk stansiyasında belə insidentlər baş verməyib.

Ukrayna bir qayda olaraq Rusiya infrastrukturlarına diversant hücumlarını təsdiqləmir.

Buna baxmayaraq Ukraynanın rəsmi şəxsləri sosial media şəbəkələrində belə hücumların ola biləcəyinə işarə edirlər.

Kursk AES şəhərdən 40 kilometr aralıda, Seym çayının sahilində yerləşir.

Bu stansiyanın reaktorları Çernobıl nüvə stansiyasındakı reaktorlarla eyni markadandır.

Kursk AES 1976-cı ildə istifadəyə verilib.

24 saat” “
Rusiya Kursk nüvə stansiyasında diversiya baş verdiyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İran yekun nüvə təklifini cavablandırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button