2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Luhanskda irəlilədiyini bildirir

Rusiya Ukraynanın şərqindəki Luhansk regionunda ukraynalıların müdafiə xəttinin bəzi hissələrini yardığını iddia edir.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna hərbiyyəsi isə bildirir ki, rusiyalıların bəzi hücumları dəf edilib, amma vəziyyət ağırdır.

Fevralın 15-də Donbas regionunda döyüşlərin intensivləşdiyi əsnada, Ukrayna Qərb müttəfiqlərindən silah təchizatının sürətləndirilməsini rica edir.

Hazırda NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə Ukraynaya hərbi dəstək məsələlərini müzakirə edirlər.

Donbas regionunda Rusiyanın nizami ordusu və muzdlular bir aydır ki, güclü hücuma keçiblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 15-də bildirib ki, döyüşlər təkcə Baxmut deyil, həm də Liman, Avdiyivka və Kupyansk şəhərləri ətrafında gedir.

Rusiya Müdafiə Nazirliyi teleqram kanalında Rusiya qoşunlarının cəbhənin iki yerində müdafiə xəttini yardığını bildirib, lakin söhbətin məhz haradan getdiyini açıqlamayıb:

“Düşmən hətta daha çox möhkəmləndirilmiş ikinci müdafiə xəttində də Rusiya ordusunun qarşısını ala bilmir”.

Lakin bu məlumatdan xeyli sonra Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası bildirib ki, Ukrayna qüvvələri Luhanskda bəzi hücumları dəf edib, amma vəziyyət ağırdır.

Luhansk regionunun hərbi administrasiyasının rəhbəri Serhiy Hayday deyib ki, Rusiya regiona çox sayda canlı qüvvə və texnika gətirməkdə davam edir.

Fevralın 14-də Zelenski özünün ənənəvi gecə müraciətində demişdi ki, Rusiya Ukraynaya daha çox Qərb silahları gəlib çıxmadan döyüş meydanındakı bəzi irəliləyişlərini saxlamağa çalışır:

“Mən əminliklə deyə bilərəm ki, təməl meyllər dəyişməyib. Ukrayna və onun partnyorları birlikdə mümkün olan hər şeyi edirlər ki, terrorçu dövlət məğlub olsun və bu, tez baş versin”.

Brüsseldə davam edən danışıqların ikinci günündə NATO müdafiə nazirləri Qərb cəbbəxanalarında silah və sursatın azalmağa başlamasını və Ukraynanın silahla təchizatının davam etdirilməsini müzakirə ediblər.

Buna baxmayaraq NATO rəsmiləri Ukraynanın döyüş təyyarələri üçün müraciətinin icrasına müqavimət göstərməkdə davam edirlər.

Fevralın 15-də Brüssel yığıncağında çıxış edən ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna silahlı qüvvələrinə inandığını bir daha bildirib:

“Rusiya döyüşə çox sayda canlı qüvvə gətirməkdə davam edir, amma bu adamlar pis təlim görüblər və pis silahlanıblar, çünki biz onların böyük itkilərə məruz qaldıqlarını görürük. Mən düşünürəm ki, ukraynalılar döyüş meydanında əhəmiyyətli dəyişiklik yaratmaq və təşəbbüsü ələ almaq üçün yaxşı imkana malik olacaqlar. Onlar bu təşəbbüsdən irəliləmək üçün istifadə edəcəklər”.

Hazırda əsas döyüşlərin Donbasdakı Baxmut, habelə şimaldakı Kreminna və cənubdakı Vuhledar ətrafında getdiyi xəbər verilir.

Rusiya qüvvələri artıq aylardır ki, Baxmutu ələ keçirməyə çalışır. Lakin ekspertlər qeyd edirlər ki, hətta Baxmutun ələ keçirilməsi də rusiyalılara strateji üstünlük verməyəcək.

Son həftələrdə Wagner özəl hərbi şirkətinin muzdluları da daxil Rusiya qüvvələri Baxmut şəhəri ətrafında ağır, amma ardıcıl irəliləyişə nail olmuşdu.

24 saat” “
Rusiya Luhanskda irəlilədiyini bildirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button