Loading...
Loading...
SEÇMƏ

Rusiya: “Luqansk tam nəzarətə götürülüb”

Analitik mərkəz: “Ukrayna, ehtimal ki, Lisiçanskdan qəsdən geri çəkilib”

Rusiya Ukraynanın Luqansk vilayətinə tam nəzarət etdiyini açıqlayıb.

Bildirilir ki, Ukraynanın son Lisiçansk qalası ələ keçirilib.

Kiyevin əsgərlərinin həyatını xilas etmək üçün geri çəkilməyə məcbur olduğu deyilir.

Müharibənin əvvəlində Rusiya həmçinin Ukraynanın paytaxtı Kiyevə də hücum etmişdi.

Sonradan bu bölgədən imtina edib, hərbi əməliyyatlarını 2014-cü ildən bəri Ukraynaya qarşı döyüşən Luqansk və Donetsk vilayətlərinə yönəltdi.

Donbas bölgəsi hesab edilən ərazinin böyük hissəsi Moskvanın dəstəklədiyi separatçıların əlindədir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Luqanskın “azad edildiyi” barədə məlumat verib.

Ukrayna hərbi komandanlığı isə qüvvələrinin şəhərdən geri çəkilməyə məcbur edildiyini bildirib.

“Şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxaracaq. Ukraynalı müdafiəçilərin həyatlarını qorumaq üçün geri çəkilmək qərarı verilib”, – deyə sosial mediada məlumat verilib.

Ukrayna ərazisinin “azad edilməsi”nə istinadların Rusiya təbliğatı olduğunu deyən Ukrayna rəsmiləri yaşayış məntəqələrinə intensiv artilleriya zərbələri endirdiyini açıqlayıb

Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri brifinqdə: “Ukrayna qüvvələri, ehtimal ki, Lisiçanskdan qəsdən geri çəkilib və nəticədə iyulun 2-də Rusiya şəhəri ələ keçirib”, – deyə bildiriblər.

Həmçinin iyulun 3-də Ukraynanın Donetsk vilayətinin Lisiçansk şəhərinin qərbi bir neçə reaktiv yaylım atəşinə tutulub.

“Nəticədə azı 6 nəfər həlak olub”, – yerli rəsmilər belə bildiriblər.

Rusiyanın fevralın 24-dən bu yana Ukraynaya hücumu nəticəsində minlərlə dinc sakin öldürülüb və şəhərlər yerlə-yeksan edilib.

Kiyev Moskvanı qəsdən mülki əhalini hədəf almaqda ittiham etsə də, Moskva bunu inkar edir.

Rusiya deyir ki, Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyatın məqsədi rusdilliləri millətçilərdən qorumaqdır.

Ukrayna və onun Qərb müttəfiqləri isə deyirlər ki, bu, Ukrayna ərazilərini ələ keçirmək məqsədi daşıyan açıq-saçıq təcavüz üçün əsassız bəhanədir.

Londonda yerləşən “RUSI” Analitik Mərkəzinin əməkdaşı Neil Melvin deyir ki, Rusiya Luqanskda irəliləyişini müharibədə mühüm məqam kimi qələmə verməyə çalışsa da, bu, Rusiya ordusuna çox baha başa gəlib:

“Ukraynanın mövqeyi heç vaxt bütün bunları müdafiə edə bilməməkdən ibarət deyildi. Onların etməyə çalışdıqları şey, əks-hücum üçün hazırlayarkən, Rusiyanın hücumunu ləngitmək və maksimum ziyan vurmaqdır”.

The post Rusiya: “Luqansk tam nəzarətə götürülüb” appeared first on MEYDAN.TV.

Meydan TV

Gözdən qaçırmayın:  Lukaşenko: “Belarus Ukraynadakı müharibəyə sürüklənir”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button