2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rusiya mətbuatı prezident İlham Əliyevin oğlunun mülkündən yazıb

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Moskvada “Rublyevo-Uspenski” şosesində torpaq sahəsi və evi var. Bu haqda “Proyekt” nəşri Rusiyanın əmlak reyestrinə istinadla yazır.

az24saat.org bildirir ki, prezident İlham Əliyevin oğlunun olduğu iddia edilən “Sadı Mayendorf” qəsəbəsindəki ərazinin 7 min kvadrat metrdən artıq, mülkün sahəsinin 1,6 min kvadrat metr olduğu bildirilir. “Proyekt” bu mülkün dəyərinin 2,3 milyard rubla (35 milyon dollara yaxın) yaxın olduğunu hesablayıb.

İqamətgah yaxınlığında Rusiya prezidenti və baş nazirinin mülkləri yerləşir.

Nəşr Heydər Əliyevin həmin mülkə 2007-ci ildə, 9 yaşı olanda sahibləndiyini yazır. Reyestrə görə, əmlakı prezidentin qaynatası Arif Paşayev alandan bir il sonra nəvəsinə hədiyyə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Proyekt” prezident administrasiyasından sorğusuna cavab ala bilməyib.

Daha öncə jurnalistlərin OCCRP layihəsi Əliyevlər ailəsinin Rublyevkadakı evi barədə yazmışdı. Həmin evin sahibinin prezidentin böyük qızı Leyla Əliyevanın olduğu qeyd edilirdi.

“Proyekt” yazır ki, Azərbaycan prezidenti və xanımının Bolşoy Yakimankada 136 kvadrat metrlik mənzilinin də olması mümkündür.

Transparency International təşkilatına görə, Azərbaycan korrupsiyanı qavrama indeksində 180 ölkə içində 152-ci yerdədir.

Qeyd edək ki, ilk dəfə “Washington Post” qəzeti prezidentin oğlunun Dubayda mülkü barədə yazmışdı. Ondan sonra müxtəlif nəşrlər prezidentin ailə üzvlərinin dünyanın müxtəlif yerlərində dəbdəbəli əmlakı haqda məlumat dərc edib. İndiyədək bu yazılanlara rəsmi reaksiya verilməyib.

Hakimiyyət təmsilçiləri ölkədə korrupsiyayla daimi mübarizə aparıldığını deyir, beynəlxalq qurumların tənqidlərini qəbul etmirlər. Onlar bu tənqidləri Azərbaycana qarşı xüsusi dairələrin gözdənsalma kampaniyası kimi dəyərləndirirlər.

az24saat.org xəbəri “AzadlıqRadiosu“na istinadən dərc edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button