2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Rusiya manatla ticarət edəcək, bizə düşən nə olacaq?

Moskva birjası 2023-cü ildə Azərbaycan manatı ilə ticarətə başlamağı araşdırır.

İqtisadçı Akif Nəsirli bildirir ki, Rusiya bu strategiyanı 2022-ci ilin əvvəlindən götürüb.

“Rusiyanın Orta Asiya ölkələri, Ərəb ölkələri, Afrika ölkələrinin valyutalarının cütləşdirilməsi, bir-biri ilə qarşılaşdırılması və onların kursunun müəyyən edilməsi istiqamətində işlər gedir. Gələn ildə bu istqamətdə fəaliyyəti genişləndirmək fikrindədirlər.
O cümlədən, Azərbaycan manatı ilə rus rublunun birbaşa aralıq valyuta götürmədən birjada ticarət edilməsi planlaşdırılıb və bu barədə açıqlama verilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertin fikrincə, gələcək iqtisadi sövdələşmələrin potensial iki hədəfi ola bilər:

“Rusiya və onun tərəfdaşlarının iqtisadi maraq dairələrinin olduğu arenada dolları uzaqlaşdırmaq, kənar saxlamaq prioritet məsələdir. Dollara müraciət etmədən birbaşa rus rublu ilə ticarət əsas məqsədlərdən biridir.

İkinci hədəf Rusiyanın öz tərəfdaşlarını ətrafında daha sıx birləşdirməkdir. ABŞ, İngiltərənin belə bir vaxtda Rusiyanı dünyada təcrid eləmək siyasətinə qarşı Rusiya özünümüdafiə üçün əməkdaşları ilə daha yaxın olmaq istəyir.

Diqqət etsəniz, bunlara Özbəkistan, Tacikistan, Qırğızıstan, Misir və bənzəri, ikinci dərəcəli, Avropa, ABŞ ilə daha az əlaqəli olan ölkələri misal çəkmək olar”.
Rusiyanın bu planı çərçivəsində Azərbaycanı nə gözləyir?

İqtisadçının fikrincə, Azərbaycanın da məsələdə müəyyən maraqları var:

“Azərbaycan Rusiya və onun tərədaşlarının olduğu arenada manatı eskave etmək istəyir. Eskave sərbəst dönərli valyuta hesab edilir. Bu Azərbaycan manatının ticarətdə sərbəst dövriyyəsi üçün atılacaq ən mühim addımlardan biri ola bilər”.

The post Rusiya manatla ticarət edəcək, bizə düşən nə olacaq? appeared first on 24 saat.

“24 saat “Rusiya manatla ticarət edəcək, bizə düşən nə olacaq?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button