2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Rusiya maraqlı olarsa, Ermənistan kompromisə gedər”

Arzu Nağıyev: “Ermənistandakı iqtisadi tənəzzülün də müəyyən mənada bu prosesə təsirinin olması mümkündür”

Son vaxtlar Ermənistandakı iqtisadi böhranın ağırlaşması cəmiyyətdə ciddi və açıq etirazların baş verməsi ilə müşahidə olunmaqdadır. Maraqlıdır, düşmən ölkədəki iqtisadi tənəzzül rəsmi İrəvanın Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda daha aktiv iştirakına, daha ciddi güzəştlərə getməsinə səbəb ola bilərmi?

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Rusiya faktorunun problemin həllində daha həlledici olduğunu qeyd etdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Rusiya bu problemin həllində maraqlı olsa Ermənistan danışıqlara da, kompromisə də gedər. Çünki son vaxtlar Rusiya ermənilərə hərtərəfli təzyiq etməyə başlayıb. Hesab edirəm ki, xalq diplomatiyası məsələsini də ortaya Rusiya atıb. Insan hüquqlarının müdafiəsi ilə məşğul olan ermənilərin Azərbaycana göndərilməsi, onların ölkəmizdə çıxışlar etməsi Rusiyanın məhz bu məsələni nəyin bahasına olursa-olsun həll etmək niyyətindən xəbər verir. Qərbin də bu gün əsas tələbi odur ki, Rusiya özünü SSRİ-nin varisi kimi təqdim edirsə, bu problemin həllində də Rusiya maraqlı olmalıdır. Ən azından ona görə ki, regional-iqtisadi məsələlərdə onun da payı olsun, o da bu layihələrdə iştirak eləsin. Hətta Türkiyə ilə olan son danışıqlarda da düşünürdüm ki, Rusiyanın Türkiyədən tələbi ola bilər ki, Ermənistanla sərhədləri açsın. Və ya əksinə, Türkiyə Rusiyadan tələb edər ki, Qarabağ məsələsində irəliləyiş olsun. Ermənistan bu gün bütün beynəlxalq iqtisadi layihələrdən təcrid olunduğuna görə, eyni zamanda diaspora təşkilatları verdikləri  maddi vəsaitlərin xərclənməsi ilə bağlı hesabat tələb etdikləri üçün düşmən ölkədə böyük problemlər yaranır. Bütün bu məsələlərin fonunda həm Rusiya, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, Qərb məlum problemin həllində müəyyən irəliləyişə nail ola bilər. Ermənistandakı iqtisadi tənəzzülün də müəyyən mənada bu prosesə təsirinin olması mümkündür”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button