Now Reading:
Rusiya Müdafiə Nazirliyi Hmeymin bazasına hücumu təsdiqlədi: “İki hərbçi həlak olub, amma…”

Rusiya Müdafiə Nazirliyi Hmeymin bazasına hücumu təsdiqlədi: “İki hərbçi həlak olub, amma…”

Rusiya Müdafiə Nazirliyi dekabrın 31-də Suriyadakı Hmeymin aviabazasına yaraqlılar tərəfindən minomyot zərbələri endirildiyini təsdiqləyib.

virtualaz.org xəbər verir ki, nazirlik bu hücum nəticəsində 2 Rusiya hərbçisinin həlak olduğunu bildirib. Lakin Müdafiə Nazirliyi hərbi bazada 7 təyyarənin məhv edildiyinə dair məlumatları “feyk” adlandırıb, qeyd edib ki, Suriya təhlükəsizlik qüvvələri bazaya hücum edən yaraqlıları axtarır.

Rusiyanın Suriyadakı Hmeymim aviabazası Yeni il ərəfəsində-dekabrın 31-də misli görünməmiş minomyot zərbələrinə məruz qalıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Kommersant” hərbi-diplomatik mənbələrə istinadən bildirir. Məlumata əsasən hərbi bazaya endirilmiş kütləvi minomyot zərbələri zamanı 7 hərbi təyyarə məhv edilib, ondan çox hərbçi yaralanıb.

İki müxtəlif hərbi-diplomatik qaynağa istinad edən qəzet yazır ki, terrorçu qruplaşmalaran biri hərbi bazaya intensiv zərbələr endirib və nəticədə 4 Su-24 bombardmançısı, iki ən yeni Su-35S qırıcısı, bir An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Habelə mərmi düşməsi nəticəsində hərbi bazanın sursat anbarı partlayıb.

Rusiya Müdafiə Nazirliyi bu insidenti heç cür şərh etmir. Digər qaynaqlar, o cümlədən Qərb mənbələri də hələlik hərbi bazaya hücum barədə xəbərlər vermir. “Kommersant” qeyd edir ki, bu, Rusiyanın Suriya hərbi kampaniyası ərzində baş vermiş ən ciddi insident və ən böyük itkidir.

Qəzet ehtimal edir ki, Hmeymin aviabazasına endirilmiş zərbədən və texnikanın sıradan çıxarılmasından sonra Suriyadan qoşunların çıxarılması dayandırıla, aviasiyanın bir hissəsi qruplaşmanın hava tərkibinin bərpası üçün geri qaytarıla bilər. İkincisi, əgər hərbi bazaya Rusiyanın iddia etdiyi kimi ABŞ-ın dəstəklədiyi qruplaşma zərbə endiribsə bu, münasibətlərin ciddi şəkildə aydınlaşdırılmasına gətirib çıxara bilər.

Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya prezidenti Vladimir Putin Hmeymin aviabazasına səfər edib və qoşun qruplaşmasının qarşısında Suriyada terrorçular üzərində hərbi qələbənin əldə olunduğunu rəsmən bildirib. Putin qələbəni elan edərək qoşunların əsas hissəsinin Suriyadan çıxarılacağını elan edib, bunun ardınca Hmeymin bazasından texnikanın bir qismi Rusiyaya qaytarılıb. Lakin Rusiya Hmeymin bazasının daimi əsasda Suriyada fəaliyyət göstərəcəyini bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.