2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rusiya Müdafiə Nazirliyi: ‘Sülhməramlılar mühasirəyə düşməyib’


Rusiyanın Müdafiə Nazirliyi dekabrın 16-da jurnalistlərə bildirib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılaırnın guya mühasirəyə düşməsinə dair informasiya həqiqətə uyğun deyil.

RIA Novosti agentliyi yazır ki, bundan əvvəl bəzi kütləvi-informasiya vasitələri Rusiya sülhməramlılarının Hadrut rayonunda Azərbaycan ordusunun mühasirəsinə düşdüyünə dair məlumatlar yaymışdı.

Belə bir iddianı dekabrın 16-da AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan da səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazir demişdi ki, bu, münaqişə zonasında rabitənin olmaması nəticəsində baş verir.

 

Atəşkəs rejiminə əməl olunur

Rusiya Müdafiə Nazirliyi bununla bağlı bildirir:

“Rusiya sülhməramlı qüvvələrinin guya Dağlıq Qarabağda tərəflərdən hansınınsa mühasirəsinə düşməsinə dair informasiya həqiqətə uyğun deyil. Rusiya sülhməramlı qüvvələrinin bütün bölükləri vəzifələrini istər müşahidə postlarında, istərsə də atəşin kəsilməsi rejiminin monitorinqində adi rejimdə yerinə yetirirlər”.

Rusiya Müdafiə Nazirliyi bunu da bildirir ki, Rusiya Federasiyası sülhməramlı qüvvələrinin qərargahı, o cümlədən mümkün insidentlərin aradan qaldırılması məqsədilə, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa rabitə kanalları ilə daim əlaqədədir.

Nazirlik xatırladır ki, sülhməramlılar Qarabağda Rusiya, Azərbaycan və Ermənitan başçıları arasında əldə olunmuş razılaşmaya uyğun şəkildə fəaliyyət göstərir.

Məlumatda deyilir ki, atəşkəs rejiminə bütün təmas xətti boyunca əməl edilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button