2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya muzdlularının qəbir sayı 7 dəfə artıb

Krasnodar diyarındakı qəbirstanlıqlardan birində son iki ay ərzində təzə məzarların sayı 7 dəfə artaraq 170-ə çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

The New York Times qəzeti yazır ki, bu qəbirstanlıqda Rusiyadakı Wagner özəl hərbi şirkətinin muzdlu əsgərlərini dəfn edirlər.

Qəzet qeyd edir ki, bu faktın dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixindən 24 yanvar 2023-cü ilədək dövrü əhatə edən peyk görüntüləri təhlil edilib.

The New York Times yazır ki, ötən il dekabrın sonlarında Molkino qəsəbəsi yaxınlığında Wagner şirkəti muzdlularının məzarlığının olması barədə məlumatı yerli fəal və keçmiş hərbçi Vitali Votanovski verib.

Onun sözlərinə görə həmin qəbirstanlıqda sahibi çıxmayan vaqnerçilərin meyitlərini basdırırlar.

Votanovskinin Telegramda dərc etdiyi fotolardan ehtimal etmək olar ki, burda dəfn edilənlərin bir çoxu Donbas vilayətindəki Soledar və Baxmut şəhərləri uğrunda döyüşlərdə həlak olub.

Məzar xaçlarındakı yazılarda əks etdirilən 16 ad və doğum tarixləri Rusiyada məhkun edilmiş şəxslərin məlumat bazasındakı ad və tarixlərə uyğun gəlir.

Vəsiyyət edənlər

Yanvarın əvvəllərində belə bir məzarlığın mövcudluğunu Wagner özəl hərbi şirkətinin təsisçisi və sponsoru Yevgeni Priqojin də təsdiq etmişdi.

Priqojinin bu məzarlıq haqqında danışdığı videoklip RIA Novosti xəbər agentliyinin saytında yerləşdirlib.

Priqojinin mətbuat xidməti xəbər verir ki, həmin qəbirstanlıqda, orda dəfn olunmalarını vəsiyyət edənləri basdırırlar.

Bundan başqa qəbirstanlığın yaxınlığında kiçik bir məbəd və 2010-cu illərdən bəri müxtəlif münaqişələrdə həlak olanların xatirə abidəsi var.

Priqojinin sözlərinə görə həmin xatirə abidəsinin altında heç kim dəfn olunmayıb və oradakı lövhədə muzdlu əsgərlərin şəxsi nömrələri və aldıqları orden və medalların surətləri göstərilib.

Amma The New York Times yazır ki, yerli sakinlər bəzi həlak olanların kremasiya edildiyini və küllərinin xatırə divarına yerləşdirildiyini deyirlər.

RIA Novostinin ötən ilin dekabr ayına olan məlumatına görə qəbirstanlıqda 90 məzar olub.

Bakinskaya stanitsası

Votanovski və yerli medialar daha əvvəl bildirirdilər ki, xatirə abidəsi və qəbirstanlıq Molkino kəndinin 10 kilometrliyində yerləşən Bakinskaya adlı stanitsadadır.

Wagner özəl hərbi şirkəti – qeyri-rəsmi hərbiləşdirilmiş təşkilat olaraq Rusiyanın Müdafiə Nazirliyinin və hər hansı rəsmi qurumunun balansında deyil.

Bu şirkətin muzdlu əsgərləri Suriya, Afrika və Ukraynadakı münaqişələrdə iştirak edirlər.

Onlardan bir çoxlarının çoxsaylı hərbi cinayətlər törətdiyi bildirilir.

24 saat” “
Rusiya muzdlularının qəbir sayı 7 dəfə artıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button