2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya naziri: Hərbi əməliyyatlar nəhəng pul resursları tələb edir

Anton Siluanov deyib ki, Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı bu müharibə üçün nəhəng pul resurslarına ehtiyac var

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın maliyyə naziri Anton Siluanov mayın 27-də deyib ki, ölkənin Ukraynadakı hərbi əməliyyatların xərcini çəkməsi üçün nəhəng maliyyə resurslarına ehtiyacı var.

Reuters yazır ki, bu, Rusiyanın iqtisadiyyat üçün büdcə xərclərinə 8 trilyon rubl (120 milyard dollar) əlavə edəcək.

Rusiya fevralın 24-də Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəyə başlayandan bəri döyüş əməliyyatlarına on minlərlə əsgər göndərib.

Reuters yazır ki, Qərbin bu təcavüzə görə Rusiyanın üzərinə qoyduğu ağır sanksiyalar onsuz da yüksək olan inflyasiyanı 18 faizə çatdırıb və ölkə hazırda resessiya uçurumunun ucundadır.

Putin boynuna almır

Siluanov Moskva Maliyyə Universitetində oxuduğu mühazirədə deyib ki, Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı bu müharibə üçün nəhəng pul resurslarına ehtiyac var.

Prezident Vladimir Putin əhalinin inflyasiyadan müdafiəsi üçün pensiyaları və minimum əməhaqqını 10 faiz artırmaq barədə sərəncam verib.

O bununla yanaşı ölkədəki problemlərin Ukraynadakı müharibə ilə bağlı olması ilə əlaqədar deyilənləri inkar edib.

Siluanov deyib ki, sərəncamla nəzərdə tutulan tədbirlər bu il 600 milyard rubl, 2023-cü ildə isə 1 trilyon rubl xərclənməsini tələb edəcək.

“Dost olmayan” ölkələrin pulları

Nazir mühazirədə Moskvanın “dost olmayan” ölkələrdən xarici investorların aktivlərinin dondurulmasını təqdir edib.

Moskva bu tədbirə Qərb sanksiyalarına cavab kimi əl atıb:

“Biz dost olmayan ölkələrdən xaricilərin investisiyalarına, onlar bizim qızılımıza və xarici valyuta ehtiyatımıza qoyduqları kimi həbs qoyacağıq”.

Qərb Rusiyanın beynəlxalq banklardakı 300 milyard dollarlıq valyuta ehtiyatına həbs qoyub.

Mayın 27-də 1 dollar 66,5 rubla bərabər olub.

24 saat” “
Rusiya naziri: Hərbi əməliyyatlar nəhəng pul resursları tələb edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button