2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Rusiya: Neft ehtiyatlarının tükənməsi ölkənin təhlükəsizliyini risk altına alır

Rusiya. "Başneft" neft şirkətinin işçisi.

Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyası prezident Vladimir Putin tərəfindən təsdiq edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəddə əsas risk faktorları kimi xammal ixracı əsasında qurulan inkişaf modeli və neft-qaz ehtiyatlarının tükənməsi göstərilib.

İqtisadi təhlükəsizliyə əsas təhdidlər arasında “iqtisadi inkişafın xammal ixracı modelinin tükənməsi, iqtisadi artımda ənənəvi amillərin rolunun kəskin zəifləməsi” və “dünya iqtisadiyyatının qlobal liderləri arasında Rusiyanın qeyri-xammal şirkətlərinin olmaması” qeyd olunub.

Həmçinin, bildirilib ki, dünya əmtəə və maliyyə bazarlarında qeyri-sabit vəziyyət, yanacaq istehsalı üçün istifadə edilən mineral ehtiyatların və mövcud yataqların tədricən tükənməsinə şərait yaradıb.

Strategiya müəllifləri, işçi qüvvənin qıtlığını, varlılarla yoxsullar arasında fərq artımını və ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyaları da iqtisadi təhlükəsizliyə əsas təhdidlər cərgəsinə aid ediblər.

Sənəddə qeyd olunur ki, Rusiya, digər ölkələrin sanksiyalarına məruz qaldığı halda, həmin ölkələrə qarşı cavab sanksiyaların tətbiq edilməsi mexanizmini təkmilləşdirməlidir və eləcə də əmək miqrantları axınını tənzimləməlidir.

Strategiyanın yerinə yetirilməsinə hökümət nəzarət edərək görülən tədbirlər barədə prezidentə illik hesabat hazırlayacaq.

Strategiyanın işlənib hazırlanmasına 3 ay vaxt ayrılıb.

Rusiyada ilk iqtisadi təhlükəsizlik strategiyası 1998-cı ildə qəbul olunub.

Yeni strategiyanın hazırlanmasına göstəriş verilməsi barədə qərar 2015-ci ildə qəbul olunmuşdu.

Bundan əvvəl Vladimir Putin bildirmişdi ki, yeni strategiya Rusiyaya 2020-ci ildə dünya səviyyəsini üstələyən iqtisadi artım sürətini təmin etməlidir.

bbc.com/azeri

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button