2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Rusiya neft-qaz sənayesi “ölümə” məhkum edildi

G7 ölkələri, Avropa İttifaqı və Avstraliya Rusiyanın neft məhsulları üçün iki qiymət həddinə dair razılığa gəliblər. Bundan başqa dəniz yolu ilə ixrac edilən Rusiya neftinin qiymət limitlərinə də yenidən baxılacağı bildirilir.

Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Maliyyə Nazirliyi məlumat yayıb. Bütün bu məhdudiyyətlər Rusiyanın Ukraynaya təcavüzünə cavab hesab edilir.

Maliyyə Nazirliyinin məlumatına görə, bir qiymət həddi adətən xam neftə (dizel, benzin) nisbətən yüksək qiymətlə satılan Rusiya neft məhsulları üçün, digəri isə adətən endirimlə satılan məhsullar üçün müəyyən ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Vurğulanır ki, bu addım Rusiya neft məhsullarının alqı-satqısının aparıldığı qiymətlərin geniş diapazonunu nəzərə aldığı üçün daha dəqiq qiymət məhdudiyyətlərinə imkan verəcək.

Fevralın 5-dən Rusiya neft məhsullarına qiymət limitinin qüvvəyə minəcəyi gözlənilir. O da bildirilir ki, dünya bazarında baş verəcək dəyişiklikləri nəzərə alan ölkələr mart ayında Rusiya tanker neftinin qiymət həddinə də yenidən baxacaqlar.

2022-ci ilin dekabrından bu yana qiymətlər 60 dollar/barrel səviyyəsindədir. Tətbiq olunan qiymət həddi Ukraynaya qarşı müharibə aparan Rusiyanın gəlirlərinin azaldılmasına yönəlib.

ABŞ və Avropa İttifaqı Rusiyanın tankerlə daşınan neftini almaqdan imtina edib. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin Rusiya neftinə tətbiq edilən qiymət razılaşmasına qoşulan ölkələrə satışı qadağan edib.

Eyni zamanda, Rusiyanın “Urals” brendindən olan nefti indi dünya bazarında tətbiq edilən qiymət həddindən aşağı satılır. Analitiklər qeyd edirlər ki, məhdudiyyətlərdən sonra Rusiya neftinin ixracı xeyli azalıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Hələ də davam edən müharibədə Ukraynanın yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həlak olub, öz yaşayış yerlərindən didərgin düşüb.

The post Rusiya neft-qaz sənayesi “ölümə” məhkum edildi appeared first on 24 saat.

“24 saat “Rusiya neft-qaz sənayesi “ölümə” məhkum edildi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button