2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya neftinə ilk embarqo dəniz yolu ilə olacaq

Bildirilir ki, ilk addım dəniz yolu ilə daşınan neftə embarqo ilə başlayacaq.

“Bloomberg” yazır ki, Avropa İttifaqının bu addımı Rusiya və onun prezidenti Vladimir Putini Ukraynaya müdaxiləyə görə cəzalandırmaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu istiqamətdə planlaşdırılan altıncı sanksiyalar paketində Rusiya neftinə qismən qadağa qoymaq razılaşdırılıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 31-də Brüsseldə keçirilən sammitdə bildirib ki, sanksiyalar Rusiyadan dəniz yolu ilə üzv ölkələrə çatdırılan xam neft və neft məhsullarının alınmasını qadağan edəcək. Lakin boru kəməri xammalı üçün müvəqqəti istisnanı da əhatə edəcək.

“Bu, dərhal Rusiyadan neft idxalının 2/3-dən çoxunu əhatə edir və onun döyüş maşını üçün böyük maliyyə mənbəyini kəsir”, – Mişel “Twitter”də belə yazıb.

O bildirib ki, müharibəyə son qoymağın yeganə yolu Rusiyaya maksimum təzyiq göstərməkdir.

Gündə təxminən 2,3 milyon barel Rusiya xam nefti boru kəmərləri və limanlar şəbəkəsi vasitəsilə qərbə ötürülür.

“Rəsmilər və diplomatlar texniki detallar üzərində razılaşmalıdırlar. Sanksiyalar bütün 27 ölkə tərəfindən rəsmi şəkildə qəbul edilməlidir. Səfirlərin iyunun 2-də görüşməsi planlaşdırılır”, – Mişel qeyd edib.

Boru kəməri ilə Rusiya neftini almağa davam edəcək Macarıstan, enerji təchizatının kəsilməyəcəyinə əmin olmaq üçün keçən ay embarqonu əngəlləyib. Danışıqlardan xəbəri olan iki nəfərin sözlərinə görə, Budapeşt Aİ liderlərindən boru kəmərləri pozulacağı təqdirdə əvəzedici təchizat ala biləcəyinə dair zəmanət alıb.

Təklifin ən son variantı ilə tanış olan mənbə bildirir ki, Avropa Komissiyası dənizdən gələn xam neftin qəbuluna altı ay qadağa qoymağı təklif edib. Eyni zamanda, emal edilmiş neft məhsullarının isə daşınması səkkiz ay ərzində dayandırılacaq.

Nəhəng “Drujba” boru kəməri ilə Mərkəzi Avropaya neft nəqli Macarıstanın və dənizə çıxışı olmayan digər ölkələrin enerji ehtiyaclarını ödəyən texniki həll tapılana qədər saxlanılacaq.

Bu xəbərdən sonra dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb.

“Brent” markalı neftin bareli 123 dolları keçərək son iki ayın ən yüksək həddinə çatıb.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button