2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Rusiya neftini 35 dollar ucuz satır – Amma yenə müştəri tapa bilmir

Qərbin Rusiyadan neft-qaz alışına sanksiyalar tətbiq etməsi enerji bazarında bu günə qədər qeydə alınmayan ticarət anlaşmalarına səbəb olub. Bazarda əvvəlki dominant mövqeyini itirməyə başlayan Rusiya şirkətlərinin neft yüklü tankerləri indi bəzən günlərlə alıcı tapa bilmir.

Aprelin 4-də “Trafigura” treyder şirkəti Rusiyanın “Urals” markalı yüngül neftini satarkən yeni endirim rekordu tətbiq edib. Belə ki, Brent markalı neftlə müqayisədə öz yükünü 34,8 dollar aşağı qiymətə satıb.

Bundan əvvəlki rekord martın 28-də qeydə alınnışdı. Həmin gün “Litasco” treyder şirkəti “Urals” markalı nefti hər barelində müştərilərə 31,35 dollar aşağı qiymətlə satmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın sonunda isə Rusiya nefti bazarlarda 25-28 dollar diskontla təklif edilirdi. Ekspertlərin qənaətinə görə, zaman keçdikcə, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi uzandıqca, onun neftini bazarda daha ucuz satıldığı müşahidə olunur.

24 saat” “Rusiya neftini 35 dollar ucuz satır – Amma yenə müştəri tapa bilmir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button