2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya nümayəndələri Davos forumunda yoxdur

Davosda yanvarın 16-da açılmış Dünya İqtisadi Forumunda Rusiya nümayəndələri iştirak etmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumatı Bloomberg agentliyi forum iştirakçılarının siyahısına istinadla verib.

Xəbərdə deyilir ki, Ukraynada müharibə və Rusiyanın Qərbdə kəskin tənqid olunması Rusiya oliqarxlarının bu forumda iştirakını mümkünsüz edib.

Bu da qeyd olunur ki, Davos forumunda Çinin nümayəndələri də olmayacaq, amma bu, ölkədə COVID epidemiyasının tüğyan etməsi və iqtisadi fəallığın kəskin azalması ilə bağlıdır.

Buna baxmayaraq forumda Çin baş nazirinin müavini Lyu He çıxış edəcək.

116 milyarder

Builki Davos Dünya Beynəlxalq İqtisadi Forumunda 116 milyarder iştirak edir. Bu on il əvvəl olduğundan 40 faiz çoxdur.

Forumda Fars körfəzi ölkələrindən və Hindistandan olan nümayəndələrin sayı xüsusilə artıb.

Bu forumda ənənvi olaraq ən çox milyarder ABŞ-ı təmsil edir. Bununla müaqyisədə Avropa İttifaqı ölkələrindən forumda cəmi 18 milyarder var.

Bu forumda Britaniyanı yalnız poladəritmə nəhəngi Lakşmi Mittal təmsil edir.

Ukrayna müharibəsi də müzakirə olunacaq

COVID-19 pandemiyasından sonra may ayında açılan ilk əyani forumda da Rusiyadan heç kim yox idi.

Onların iştirak etməməsi Ukraynada müharibə ilə bağlı idi.

1990-cı illərdən başlayaraq Davos forumunda iştirak Rusiya biznesmenləri üçün böyük prestij sayılırdı, həm də Moskva üçün siyasi əhəmiyyəti vardı.

Bloomberg yazır ki, Rusiyada 1996-cı il prezident seçkisindən əvvəl Davosda bu mövzuda müzakirələr olmuşdu.

2000-ci ilin forumunda isə Rusiya nümayəndə heyətinə “cənab Putin kimdir?” sualı verilmişdi.

Rusiya biznesmenləri pandemiyadan əvvəl bütün Davos forumlarında iştirak ediblər.

Bu da məlumdur ki, Davosda bir neçə ölkə liderlərinin iştiraklı ilə habelə Ukrayna müharibəsi də daxil siyasi məsələlər və dezinformasiyaya qarşı mübarizənin problemləri müzakirə olunacaq.

24 saat” “
Rusiya nümayəndələri Davos forumunda yoxdur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button