DünyaSiyasət

Rusiya Ordusu 2019-cu ildə S-500 sisteminə sahib olacaq

Rusiyanın havadan müdafiə şirkəti olan Almaz-Antey-in Direktor köməkçisi Aleksandr Vedrov, yeni nəsil S-500 Prometey havadan müdafiə sistemlərinin 2019-cu ildə Rusiya Silahlı Qüvvələrinin xidmətinə daxil olcağını açıqlayıb.

Rusiya mediasına mövzu ilə bağlı açıqlama verən Vedrov, “Daha əvvəl danışılanları təkrar edə bilərəm, 2019-cu ildə çatdırılmalar başlayacaq” deyə bildirib.

Daha əvvəl Rusiya Hava və Kosmik qüvvələrindən general Andrey Çeburin, “Krasnaya Zvezda” qəzetinə verdiyi açıqlamada Rusiyanın təkmilləşdirdiyi S-500 Prometey yerdən havaya raket mühafizə sisteminin Rusiyanın beynəlxalq havadan müdafiə sisteminin təməlinin qoyulması üçün işlərə davam etdiyini bildirmişdi.

600 kilometrlik məsafəni hədəf ala bilən S-500 raketləri eyni anda saniyədə 7 kilometr sürətlə hərəkət edən 10 raketi məhv etmə qabiliyyətinə malikdir.

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close