Loading...
Loading...
Gündəm

Rusiya ordusu Ukraynanın Trostyanets şəhərini də ələ keçirdi

Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib.

24 saat” UNİAN-a istinadən xəbər verir ki, bunu Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski açıqlayıb.

Onun sözlərinə görə, hazırda təcili yardım stansiyasına Rusiya hərbçiləri nəzarət edir.

Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə gedəcəkləri halda güllənəcəkləri xəbərdarlığı edilib”,- deyə Jivitski əlavə edib.

O, həmçinin qeyd edib ki, bütün mağazalar talan edildiyinə görə şəhər sakinləri ərzaq və digər malları ala bilmirlər.

 

Gözdən qaçırmayın:  Rusiya Türkiyədə görüşməyə "YAŞIL İŞIQ" yandırdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button