2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiya ordusu Ukraynaya hücumu genişləndirir

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Lutsk və İvano- Frankivsk şəhərlərində iki hərbi aerodromu dağıtdığını, onları sıradan çıxardığını bildirir. Rusiya ordusunun Ukraynaya qarşı üçüncü həftəyə keçmiş işğalını genişləndirdiyi görünür.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin sözçüsü İqor Konaşenkovun söslərinə görə, fevralın 24-dən Rusiya qüvvələri Ukraynada 3 min 213 hərbi obyekti dağıdıblar. Rusiya Ukraynaya qarşı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır.

Rusiyanın iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb. Amma İvano-Frankivsk və Lutskda yerli hakimiyyət iki aeroportu yaxınlığında partlayış baş verdiyini bildiriblər. Bu partlayışlar Rusiyanın hücuma keçdiyi ərazilərdən xeyli qərbdə yerləşdiyindən, yeni istiqamətdən hücuma keçildiyini göstərə bilər.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko deyib ki, martın 11-də Rusiya şərqdəki Dnepr sənaye şəhərinə raket zərbələri endirib, azı bir nəfər həlak olub.

24 saat” “
Rusiya ordusu Ukraynaya hücumu genişləndirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button