Loading...
Loading...
SEÇMƏ

“Rusiya ordusunun məhvi qərarı verilib”

Aprelin 26-da Almaniyadakı ABŞ-a məxsus “Ramştayn” hərbi aviabazasında NATO üzvləri və Ukraynanı dəstəkləyən dövlətlərin hərbi komandanlarının toplantısı keçirilib və orada mühüm qərarlar verilib. 

“Reuters” agentliyinin öz mənbələrinə istinadən yazdığı məqalədə bildirilir ki, qapalı toplantıda çıxış edən ABŞ ordusunun generalı Mark Millin qarşıdakı həftələrin Ukraynanın Rusiyaya qarşı dirənişi baxımından həlledici olacağını deyib. O, vurğulayıb ki, Qərb dövlətləri bütün potensiallarından istifadə edərək, Ukraynaya kömək etməlidirlər. General çıxışında döyüşlərin nəticəsinin toplantıda iştirak edən 40 ölkənin verəcəyi qərarlardan asılı olduğunu bildirib: “Ukraynalılar savaşacaqlar. Biz əmin olmalıyıq ki, onların mübarizə üçün vasitələri var”.

Qapalı toplantıda iştirak edən ABŞ təmsilçilərinin bildirdiyinə görə, Rusiyanın öz artilleriya və digər silah üstünlüyündən istifadə edərək, Ukrayna Silahlı Qüvvələrinin əsas özəyini məhv etmək məqsədi var. Lakin bununla yanaşı, amerikalı generallar hesab edirlər ki, rus bölmələrinin tükənməsi və bəzi hissələrin şəxsi heyətinin 30 faizə yaxınının məhv edilməsi səbəbindən Rusiyanın bu istəyinə nail olacağı inandırıcı görünmür. Onların fikrincə, Rusiya iqtisadiyyatı və hərbi potensialı hələ ki, hərbi əməliyyatları davam etdirməyə imkan versə də, ordunun məruz qaldığı ağır itkilər ciddi uğur qazanmağa imkan yaratmır.

NATO Rusiya ordusunun tam məhv edilməsi və işğal edilən torpaqlarımızın azad edilməsi üçün Ukraynaya nə qədər silah lazımdırsa, verəcək!” Bunu isə tanınmış ukraynalı hərbi jurnalist, “Senzor.net” portalının baş redaktoru Yuri Butusov öz “Telegram” səhifəsində yazıb. Ukrayna ordusunu və xalqını təbrik edirəm. Bütün əziyyətlərimiz, itkilərimiz, sonda dünyanın rəyini xeyrimizə dəyişdi, ən böyük, ən güclü dövlətlər Ukrayna ilə bir cəbhədə döyüşməyə qərar verdilər”, bloqçu qeyd edib.

Butusov əlavə edib ki, Almaniyada yerləşən ABŞ-a məxsus “Ramşteyn” hərbi bazasında keçirilmiş NATO və strateji tərəfdaş ölkələrin müdafiə nazirlərinin konfransında Rusiya ordusunun Ukraynada məhv edilməsi və müharibədə tam qələbəyə zəmanət verən strateji qərarlar verilib: 

“Bu, Ukraynaya Rusiya ordusunda olmayan müasir növ silahların faktiki olaraq məhdudiyyətsiz tədarükü deməkdir. NATO ölkələri müasir zenit qurğuları və hava hücumundan müdafiə sistemləri, uzaq hədəfləri vura biləcək idarəolunan raketləri, yüksək səviyyəli artilleriyanı,  çoxsaylı sursat, zərbə dronları və korreksiya avadanlıqları verəcək. Bütün bunlar yaxın aylarda daha yaxşı silahlanıb təşəbbüsü tamamilə ələ keçirməyə imkan verəcək”. 

Hərbi jurnalist qeyd edir ki, Ukrayna ən müasir silahları və lazımi sayda sursatları əldə edəndən sonra Rusiya üçün hər ay Əfqanıstan və Çeçenistanda yaşadığı 10 ildən pis olacaq:

Gözdən qaçırmayın:  Qərar verildi: Ukrayna qalib gəlməlidir

“Bu arada Ukrayna ordusu və bütün müdafiə qüvvələrinin Şərq cəbhəsində döyüşən hissələri ciddi silah çatışmazlığı ilə üzləşir. Buna baxmayaraq, hər fürsətdə irəli getməyə çalışırıq. Bu günə qədər Rusiya ordusunun tank, artilleriya və sursat üstünlüyü davam edir. Amma onlar heç nə edə bilməyəcəklər, çünki ukraynalılar düşmənə hər addımın bədəlini ödədir və işğalçılara böyük itkilər yaşadır. Ukrayna ordusunun taktikası və döyüş bacarığı düşməndən yüksəkdir, silahlar gələndən sonra isə vəziyyət tədricən dəyişməyə başlayacaq”.

Butusov vurğulayır ki, işğalın 63-cü günündə NATO-dan belə inam və dəstək qazanmaq üçün minlərlə ukraynalı həlak oldu, ölkənin şərqindən cənubuna qədər hər yerdə vətənpərvərlərin qanı töküldü. “Amma nəhayət, həftələr sonra olsa da əsgərlərimiz gözlədikləri dəstəyi əldə edə biləcəklər”, – o qeyd edib. 

Turqut

24 saat” ““Rusiya ordusunun məhvi qərarı verilib”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button