2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya parlamenti Azərbaycanda iclas keçirmək istəyir?

Qüdrət Həsənquliyev: “Bu, Azərbaycanın suverenliyinə hörmətsizlikdir”

 


“Mətbuatda belə məlumat gedib ki, Rusiya Dövlət Duması Azərbaycanda xüsusi iclasını keçirmək istəyir. Bu, bizim suverenliyimizə həqarətdir. Bir suveren dövlətin ali hakimiyyət orqanının digər suveren dövlətin ərazisində iclas keçirməsi dünyada görünməmiş haldır və buna yol vermək olmaz. Bu məsələ dəqiqləşdirilməli, əgər mətbuatın yazdığı həqiqətdirsə, Milli Məclis məsələyə münasibət bildirməlidir. Duma Azərbaycanda Milli Məclislə birgə iclas keçirə bilər. Yaxud Milli Məclis Rusiyada Duma ilə birgə iclas keçirə bilər. Amma Dumanın gəlib Bakıda, Azərbaycanda ayrıca iclas keçirməsi bizim suverenliyimizə hörmətsizlikdir”. Bu fikirləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib. Vitse-spiker Valeh Ələsgərov isə bildirib ki, söhbət Rusiya Dövlət Dumasının Azərbaycanda xüsusi iclas keçirməsindən getmir. “Rusiya Dövlət Duması və Azərbaycanın Milli Məclisinin əməkdaşlıq komitəsinin iclasından söhbət gedir. Yəni iş planına əsasən bir dəfə Bakıda, bir dəfə də Moskvada əməkdaşlıq iclası nəzərdə tutulur”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Deputat Rövşən Rzayev mətbuata xitabən bu yanlışlıqla bağlı təkzib verməyi xahiş edib.

bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button