2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya poliqonunda atışmanın dini zəmində baş verdiyi deyilir

Tacikistandan 24 yaşlı Ehson Aminzodanın qohumları bildiriblər ki, Rusiya hakimiyyət orqanları Belqorod vilayətində hərbçilərə hücum edənlərdən biri kimi onu tanıyıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə xəbəri AzadlıqRadiosunun Tacik xidməti verib.

Qohumlarının sözlərinə görə Aminzoda oktyabrın 10-da Moskvadakı Lyublino metro stansiyasının yanında yoxa çıxmışdı.

Qohumları onun Belqorod poliqonunda ölməsi barədə xəbəri Rusiya hökumətindən öyrəniblər.

İtkinin böyük qardaşı Firuz Aminzoda deyib ki, Exson Rusiyaya bu ilin martında getmişdi və restoranda işləyirdi.

Moskvada yaşayan və işləyən Firuz bunu da deyib ki, qardaşının Rusiya vətəndaşlığı olmasa da, işləmək icazəsi olub:

“Məni indi Moskva hərbi prokurorluğuna çağırıblar. Baş verənlər barədə mənə dünən məlumat verilib. Onun Belqoroda necə gedib çıxması məlum deyil. Qardaşım terrorçu deyildi, onun başında belə fikirlər yox idi. O öz həyatını qurmaq istəyən adi miqrant idi”.

Dağıstanlı, azərbaycanlı və adıgey

Firuzun dediyinə görə ötən bazar günü, oktyabrın 10-da qardaşı ona zəng edib və deyib ki, dostları ilə görüşməyə hazırlaşır.

Bundan sonra onun telefonu söndürülüb. Ehsonun adının çəkilməsini istəməyən bir dostu AzadlıqRadiosuna deyib ki, Exson müharibəyə getməyi planlaşdıtrmırdı. O pul qazanmaq və mümkün qədər tez Tacikistana qayıtmaq, sevidiyi qızla evlənmək isyətəyirdi:

“Biz hamımız şokdayıq. O elə həmin axşam demişdi ki, Lyublino metrosunun yanında hansısa tanış oğlanlara rast gəlinb və evə gec qayıdacaq. Amma o bundan sonra yoxa çıxıb. Biz hamımız onu axtardıq və belə nəticəyə gəldik ki, o Taciksitana tanışlarının yanına qayıdıb”.

Exsonun atası Taciddin Aminzoda Tacikistanın Xatlon rayonunun administrasiyasında işləyir.

O oğlunun ölüm xəbərini aldığını təsdiqləyib, amma deyib ki, özünü yaxşı hiss etmədiyindən danışmaq istəmir.

Ehson Aminzoda Xatlon vilayəti, Kuşan rayonunun Zərgər kəndində doğulub.

Belqorod vilayətindəki Soloti poliqonunda atışma nəticəsində həlak olanların siyahısını Astra teleqram-kanalı dərc edib:

Bundan əvvəl ASTRA kanalı özünü hadisənin şahidi kimi təqdim edən hərbçiyə istinadən yazıb ki, atışma dini zəmində mübahisəyə görə düşə bilərdi.

Teleqram kanalın mənbəyi bildirib ki, münaqişə üç əsgər – dağıstanlı, azərbaycanlı və adıgey müharibədə iştirak etmək istəmədiklərini və bu barədə raport yazmaq istədəkilərini deyəndəın sonra başlanıb.

Əsgərlər deyirdilər ki, “bu onların müharibəsi deyil”.

24 saat” “
Rusiya poliqonunda atışmanın dini zəmində baş verdiyi deyilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button