2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya postsovet məkanını necə itirir?

Rusiyanın Ukraynaya 3 həftədən artıqdır davam edən hərbi təcavüzü dünyada çox ciddi dəyişiklərə səbəb olub. Ekspertlər hesab edir ki, bu böhranın sonu zəifləmiş BMT-ni əvəz edəcək yeni qlobal nizamın formalaşması olacaq. Təbii ki, böyük dövlətlərin belə bir qərarı olacaqsa, Rusiya daha orada aparıcı rol oynaya bilməz…

Ukraynaya qarşı təcavüz postsovet regionunda da ciddi dəyişikliklərə start verib. Artıq bir neçə diqqətçəkən mühüm nəticə görünür:

Rusiyanın öz ətrafında formalaşdırdığı siyasi, hərbi və iqtisadi birliklər deformasiyaya uğradı. Məsələn, Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Krım kampaniyasına qoşmaq cəhdləri iflasa uğradı. Çünki bu təşkilatın nizamnaməsində ancaq üzv ölkə təcavüzə məruz qalarsa, digər ölkələrin hərbi yardım etməsi nəzərdə tutulub. İndiki situasiyada isə təcavüzkar ölkə elə Rusiyadır. 

Saytların yığılması Saytlarin yigilmasi

İkincisi, KTMT üzvlərindən ancaq Belarus məhdud şəkildə Ukraynaya qarşı təcavüzə siyasi və hərbi dəstək verdi. Bu ölkənin ərazisindən Kiyev üzərində hücumlar təşkil edilir. Qazaxıstan açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, Qırğızıstan BMT-də Rusiya əleyhinə qətnaməyə Moskvanın istədiyi kimi səs versə də, Ermənistan bitərəf qaldı. 

Rusiyanın postsovet məkanında yaratdığı Avrasiya İqtisadi Birliyi (AİB)də sınaqdan çıxa bilmədi. Çünki birinci Rusiyanın özü təşkilat üzvü olan ölkələrə avqust ayına qədər taxıl, şəkər, meşə materialları satmağı qadağan etdi. Bu, kifayət qədər məhrumiyyətlər yaradan qərardır, əksər ölkələr qeyd olunan strateji məhsulları məhz Rusiyadan idxal edir. İndi onlarda həmin sahələr üzrə biznesin zəifləməsi və kəskin bahalaşma müşahidə olunur.

Bu ölkələr arasında sərbəst gömrük rejimi olsa da Qərbin maliyyə-bank sektoruna qoyduğu sanksiyaların bəzilərinə qoşulmaq zorundadırlar. Daha sonra AİB üzvlərinin heç biri açıq şəkildə Rusiyaya iqtisadi dəstək vəd etməmələri də diqqət çəkir. 

Müstəqil Dövlətlər Birliyi (MDB) isə ümumiyyətlə, ortalıqda görünmür, bu günə qədər Ukrayna müharibəsi ilə Rusiyanın işinə yarayacaq bəyanat belə səsləndirilməyib. Bu təşkilat da elə KTMT, AİB üzvlərindən, habelə Azərbaycan, Özbəkistandan ibarətdir, onların da tam fərqli milli maraqları var və onları ifadə etməkdən çəkinmirlər. Bu günlərdə Özbəkistanın xarici işlər nazirlinin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən bəyanatı Rusiyaya vurulan növbəti sillə kimi qəbul edilə bilər. 

Rusiya Ukraynaya təcavüz etməklə bütün iqtisadi, siyasi tərəfdaşlarını çətin vəziyyətə salıb. Xüsusən, postosvet ölkələrində iqtisadi sabitliyi təmin edən iqtisadi əlaqələrin zədələnməsi gələcəkdə ciddi təlatümlərə yol aça bilər. Məsələn, Qazaxıstan, Azərbaycan, Tacikistan, Qırğızıstan, Ermənistan kimi ölkələrdən milyonlarla miqrant Rusiyada çalışır və ailələrinə pul göndərir. Bu vəsaitlərin həcmi milyardlarla dollar təşkil edir. Habelə bu ölkələrin ixracının əhəmiyyətli hissəsi Rusiya bazarlarında realizə olunur. İndi Rusiya iqtisadi çöküş ərəfəsindədir, rubl kəskin dəyər itirib, deməli bu ölkədə çalışan işçi miqrantların sosial durumu kəskin ağırlaşacaq. Beləliklə, Rusiya postsovet ölkləri üçün iqtisadi cəlbedciliyini də sürətlə itirdi. 

Daha bir mühüm məsələ Rusiyanın postovet məkanında uzun illər əvvəl yaradıb bu günə qədər idarə etdiyi münaqişələrlə bağlıdır. Qərb indiyə qədər Gürcüstanın işğalını, Moldovanın Dnestryanı bölgəsindən rus qoşunlarının çıxarılmasını tələb etsə də, de-fakto Kremlin bölgədəki hərbi-siyasi nüfuzu ilə barışaraq ona qarşı sərt addımlar atmayıb. Amma bu gün vəziyyət dəyişib, Ukraynaya hücum çəkməklə dünyada bir nömrəli aqressor kimi qəbul edilən Rusiya avtomatik olaraq başqa münaqişlərdə də eyni statusla qəbul olunur-təcavüzkar! Bu günlərdə Moldova prezidenti Maya Sandu işğalçı qoşunların ölkədən çıxarılmasını tələb edib, Gürcüstan hökuməti susqunluq nümayiş etdirsə də, prezident Salomi Zurabalişvili Rusiya işğalına qarşı qətiyyətli mövqe nümayiş etdirir.

Ən dramatik vəziyyət bizdədir. Azərbaycanın Qarabağ bölgəsində hazırda sülhməramlı missiya adı altında rus ordusu fəaliyyət göstərir. 10 noyabr bəyanatına görə, onlar 2025-ci ilə qədər orada qala bilərlər. Artıq Azərbaycandan daha uca səslə rus ordusunun bölgədən çıxarılması tələb edilir. Əsas kimi Ukraynanı işğal edən təcavüzkar bir ölkənin Qarabağda hər hansı sülhyaratma missiyasını aparmağa mənəvi, siyasi, hüquqi haqqının çatmadığı göstərilir. Azərbaycan hökuməti bu barədə hələlik ortaya iradə qoymayıb, amma bu tezislərin daha da populyarlaşmasına mane olmur.

Rəsmi Bakı bu arada Türkiyə ilə koordinasiyalı şəkildə Ermənistanla sülhün əldə olunması istiqamətində ciddi addımlar atır. Ötən həftə xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, İrəvana sülh şərtlərinin baza prinsiplərini təşkil edən 5 maddəlik təkliflər göndərilib. Sənəddə dövlətlərin qarşılqılı olaraq bir-brinin ərazi bütövlüyünü, dövlət sərhədlərini və suverenliyinin tanınması, bir daha ərazi iddiaları ilə çıxış etməyəcəklərinə dair hüquqi öhdəlik götürmək məsələsi qoyulub. Amma Ermənistan rəhbərliyi bildirib ki, bu prosesin Minsk Qrupu vasitəsi ilə aparılmasını istəyir. Amma erməni rəsmiləri dəqiqləşdirməyiblər ki, söhbət nədən gedir, çünki ənənəvi Minsk Qrupu artıq yoxdur. Onun iki üzvü ABŞ və Fransa, haqlı olaraq üçüncü üzvü Rusiyanı təcavüzkar elan edərək ağır sanksiyalar qoyub, rəhbərini isə “qatil”, “hərbi cani” adlandırır. Martın 15-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında da vasitəçi institutun adını çəkməyib. Əvəzində ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada belə bir cümlə işlədilib:

“Ermənistanla Azərbaycan qüvvələri arasında gərginliyin artması ilə bağlı son xəbərləri qeyd edən Dövlət katibi tərəfləri təmkinli olmağa və bütün qalan məsələlərin hərtərəfli həll yollarını tapmaq üçün diplomatik səyləri intensivləşdirməyə çağırıb”.

Yəni artıq ABŞ da “Minsk Qrupu” adlı bir formatın olmadığını, tərəflərin özlərinin sülh üçün diplomatik çalışma aparmalarının zəruri olduğunu qeyd edir. Təbii ki, bu da Rusiyanın Ukraynaya qarşı yaratdığı reallıqlardan biridir. Ermənistan rəhbərliyini bunu nə qədər tez anlsa, bir o qədər yaxaşı olar…

Turqut

24 saat” “Rusiya postsovet məkanını necə itirir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button