2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiya Praqada heykəlin sökülməsinə görə cinayət işi açır


Rusiya İstintaq Komitəsi aprelin 10-da bildirib ki, sovet marşalı Ivan Konevin heykəlinin Çexiya paytaxtındakı meydanlardan birindən götürülməsi ilə əlaqədar cinayət işi açır.

Komitə bildirib ki, cinayət işi “Rusiyanın hərbi şöhrət simvollarına ziyan vurulması” ittihamı ilə aparılır.

Rusiyanın Cinayət Məcəlləsi Çex Respublikasında qüvvəyə malik olmadığına görə bu cinayət işi də simvolik hesab oluna bilər, lakin hadisə iki ölkə arasında onsuz da soyuq olan münasibətləri daha da pisləşdirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko deyib ki, “belə açıq hörmətsizlik etməklə Praqa şəhər bələdiyyəsi Çex Respublikasının Rusiya-Çexiya arasındakı razılaşma və müqavilələr üzrə öhdəliklərini pozub, ortaq xatirəyə və Sovet xalqının faşizmə qarşı mübarizə tarixinə ehtiramsızlıq nümayiş etdirib”.

Praqa bələdiyyə rəsmiləri aprelin 3-də sovet marşalı Ivan Konevin şəhərdəki abidəsini demontaj ediblər.

Marşal Konev II Dünya Müharibəsi zamanı Praqaya daxil olan sovet qoşunlarının komandanı olub.

Lakin Çexiya rəsmiləri bildirirlər ki, Konevin qoşunları 1945-vi ilin mayında Praqaya gələndə, şəhər artıq yerli müqavimət qüvvələri tərəfindən nasistlərdən azad edilmişdi.

 

Shoigu-nun yerə düşən sözü

Çexoslovakiyanın kommunist rejimi tərəfindən 1980-ci ildə ucaldılımış abidə daim ziddiyyətlərə səbəb olurdu və 1989-cu ildə kommunizmin iflasından sonra dəfələrlə vandalizm hücumlarına məruz qalmışdı.

Konev habelə 1956-cı ildə Macarıstan üsyanının yatırılmasında və Berlin Divarının tikilməsində iştirak edən qoşunlara rəhbərlik etmişdi.

Bəzi tarixçilər inanırlar ki, marşal həmçinin 1968-ci ildə Çexoslovakiyaya sovet hərbi müdaxiləsinin hazırlanmasında iştirak edib.

Konev 1973-cü ildə vəfat edib.

Çex rəsmilər bildiriblər ki, heykəl başqa bir yerdə qoyulacaq, onun Praqadakı yerini isə şəhərin müqavimət döyüşçülərinə abidə tutacaq.

Moskva Konevin heykəlinin demontajına sərt reaksiya ilə etiraz bildirmişdi.

Aprelin 9-da Rusiyanın müdafiə naziri Sergei Shoigu çex həmkarı Lubomir Metnardan heykəlin Rusiyaya qaytarılmasını istəmişdi.

Metnar bundan imtina etmiş və heykəlin Çexiyaya məxsus olduğunu bildirmişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button