2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Prezidenti oktyabrın 30-dan başlayaraq ölkədə “qeyri-iş həftə”si elan edib

Koronavirusa yoluxma və ölüm hallarının artmasına görə Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-dan başlayaraq ölkə daxilində “qeyri-iş həftə”si elan edib.

Putin oktyabrın 20-də deyib ki, COVID-19-un ən dramatik vəziyyətinin olduğu bölgələrdə “qeyri-iş həftə”si oktyabrın 23-dən etibarən başlaya bilər. Prezident vaxtın vəziyyətdən asılı olaraq uzadıla biləcəyini bildirib.

Oktyabrın 20-də hökumətin Koronavirusla Mübarizə İşçi Qrupu son bir gündə COVID-19-dan 1028 nəfərin öldüyünü xəbər verib və bunun pandemiya başlayandan bəri rekord göstərici olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda yeni bir pandemiya dalğası zirvəsinin qarşısını almaq xüsusilə vacibdir” – deyə, Putin video-konfrans zamanı bildirib və deyib ki, işləmədikləri müddət üçün işçilərə maaş verilməli olacaq.

Rusiya Avropada rəsmi ölüm sayına görə ən qabaqdadır. Rusiyada COVID-19-dan ölənlərin sayı 226.353-ə çatıb ki, bu, Birləşmiş Ştatlar, Braziliya və Hindistan sonra dünyada dördüncü ən yüksək göstəricidir.

Rusiyada son 24 saat ərzində 34074 koronavirusa yeni yoluxma halı qeydə alınıb. Peyvənd nisbətlərinin aşağı olması səbəbindən koronavirusa yoluxma və ölüm halları Rusiyada həftələrdir artmaqdadır.

Bu arada, Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqun rəsmiləri koronavirusa yoluxma hallarında artımın qarşısını almaq üçün məhdudiyyətləri sərtləşdirəcəklərini bildirib.

Şəhər qubernatorunun müavini Boris Pyotrovski noyabrın 1-dən başlayaraq, çox insanın toplaşdığı idman və ya mədəni tədbirlərdə iştirak etmək üçün insanların QR kodu göstərməli olacağını deyib.

QR kodunu tam peyvənd edilmiş və ya son 72 saat ərzində COVID-19 testi mənfi olan insanlar ala biləcək.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button