Loading...
Loading...
SEÇMƏ

Rusiya Qərb sanksiyaları fonunda Azərbaycan vasitəsilə İrana çıxa bilərmi?

Analitiklərin fikirləri müxtəlifdir

Ukraynada apardığı müharibə səbəbindən Qərb sanksiyaları altında olan Rusiya nəzərlərini İrana tərəf yönəldib.

Moskvanın geosiyasi manevrinin səbəbi aydındır. Belə ki, Kremldə Qərbin Rusiya neft və qazını İran enerji daşıyıcıları ilə əvəz edəcəyindən ehtiyat edirlər.

Elə bu baxımdan, Rusiya hər vəchlə İranla Qərb arasında nüvə anlaşmasının baş tutmamasına çalışır.

Bununla bağlı “RİA-Novosti”nin təhlilində də göstərilir ki, mayın sonlarında Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Tehrana səfər edib və görüşlərdə əsasən enerji məsələləri müzakirə edilib.

Analitiklərin fikrincə, tərəflər vacib siyasi məsələni müzakirə edə bilərdilər – Tehran dünya bazarlarına çıxan neftin həcmini artırmaqdan imtina edir, əvəzində Moskva İranın müxtəlif infrastruktur layihələrini maliyyələşdirir. 

Bundan başqa, Rusiya hökuməti İranı neft-qaz habı kimi nəzərdən də keçirir.

Rusiya nəşrinin məlumatına əsasən, İranın kəşfiyyatı aparılmış neft ehtiyatlarının həcmi dünya neftinin 12 faizini təşkil edir, qaz ehtiyatlarına görə isə İran yalnız Rusiyadan geri qalır.

Vaşinqtonda yerləşən Fars körfəzinin ərəb dövlətləri İnstitutunun eksperti Robin Milsə görə, İran dünya bazarına gündəlik bir milyon barel neft çıxarmaq iqtidarındadır və əgər yaxın 10 il ərzində 90 milyard investisiya yatırılsa, bazara çıxarıla biləcək gündəlik həcmi 5 milyarda da çatdırmaq olar. 

Qaz məsələsinə gəldikdə isə, Türkiyəyə və digərlərinə istehsal olunan qazın üçdə biri ixrac olunur. Analitiklər hesab edirlər ki, əgər ixrac artırılsa, Ankara öz ehtiyaclarını ödədikdən sonra, qalan hissəni Avropaya yönəldə bilər və bununla da Rusiyanın qaz ixracının bir hissəsini əvəz edə bilər.

Bundan başqa, Rusiyanın Azərbaycan vasitəsilə İrana qaz daşıyıb, oradan isə digər bazarlara çıxa bilmək imkanları rusiyalı ekspertlər tərəfindən müzakirə edilir.

“Tehran Çin və Rusiya ilə üçbucaq formalaşdırmaq niyyətindədir”

Məsələni Meydan TV üçün şərh edən siyasi şərçi Fərhad Məmmədov qeyd edib ki, İran üzərindən sanksiyaların götürlməsi gözlənilən idi, amma hal-hazırkı vəziyyət onu göstərir ki, bu proses o qədər də tez baş verməyəcək.

“Yaxud baş versə də, o yol xəritələrilə, ya da məhdud həcmdə İran neftinin bazarlara çıxması müşahidə olunacaq. Yəni birdən-birə bütün sanksiyaların hansısa bir sektorda aradan qaldırılması qeyri-mümkündür. Çünki İranın MAQATE ilə danışıqlarda olan mövqeyi əsas amillərdəndir. Bu, yalnız nüvə proqramı ilə bağlı məsələ deyil, həm də Yaxın Şərq regionunda Qərbin düşündüyü kimi Tehranın destruktiv fəaliyyəti ilə bağlıdır”, –  Fərhad Məmmədov deyib.

Ekspertin fikrincə, əgər prinsipial məsələlərdə razılıq əldə olunarsa, ilk mərhələdə dondurulmuş hesabların açılması, daha sonra məhdud həcmdə İran neftinin dünya bazarına çıxması planlaşdırılır.

Siyasi şərçi hesab edir ki, İrana həm Qərblə, həm Rusiya ilə əməkdaşlıq etmək səfr edər:

“İndiki Avrasiya məkanında formalaşan vəziyyət və Tehranın qəbul etdiyi uzunmüddətli qərarlar ondan ibarətdir ki, İran, Çin və Rusiya üçbucağının formalaşması niyyətindədir. Eyni zamanda, İran həm özünün, həm də bu ölkələrin təsir dairəsinin formalaşmasının niyyətindədir”. “Bu istiqamətdə Tehranın strateji baxışı daha çox adlarını çəkdiyim ölkələrlə bağlıdır. Çinlə 25 illik müqavilə imzalandı, Rusiya ilə 10 illik strateji tərəfdaşlıq müqaviləsinin imzalanması gözlənilir”, – ekspert deyib. 

Gözdən qaçırmayın:  Bakıda aksiya: Xanlar Vəliyevin istefası tələb olundu

Fərhad Məmmədov hesab edir ki, Qərblə İranın münasibətlərinin yaxşılaşması elə də asan proses deyil, belə ki, ABŞ Səudiyyə Ərəbistanla münasibətlərini bərpa etmək niyyətindədir.

“O da onun göstəricisidir ki, onların İranla bağlı ümidləri doğrulmur. Misal üçün, Demokratlar Partiyasında Səudiyyə Ərəbistanı kralına qarşı ciddi narazılıq var, Bayden kralı hətta cinayətkar adlandırmışdı. Amma son bir həftə əvvəl Baydenin Səudiyyə Ərəbistanlna gedəcəyi və vəliədlə görüşəcəyi xəbərləri çıxdı. Bu, onun göstəricisidir ki, qiymətlərin enməsi üçün ABŞ neftin daha böyük həcmdə bazara çıxmasında maraqlıdır”, – ekspert bildirib.

“O da onun göstəricisidir ki, onların İranla bağlı ümidləri doğrulmur. Misal üçün, Demokratlar Partiyasında Səudiyyə Ərəbistanı kralına qarşı ciddi narazılıq var, Bayden kralı hətta cinayətkar adlandırmışdı. Amma son bir həftə əvvəl Baydenin Səudiyyə Ərəbistanlna gedəcəyi və vəliədlə görüşəcəyi xəbərləri çıxdı. Bu, onun göstəricisidir ki, qiymətlərin enməsi üçün ABŞ neftin daha böyük həcmdə bazara çıxmasında maraqlıdır”, – ekspert bildirib.

Fərhad Məmmədovun sözlərinə görə, Rusiya qazının Azərbaycan vasitəsilə İrana çatdırılması məsələsi nəzəri cəhətdən mümkün görülsə də, praktiki baxımdan problemli məsələdir.

“İnfrastruktur buna imkan vermir. Həm də heç vaxt şimaldan cənuba o qədər qazın axıdılması nəzərdən keçirilməyib. Hazırkı durum onu göstərir ki, Azərbaycanla İran arasında olan qaz xətləri kifayət qədər dardır. İkincisi də Türkmənistan qazının İran vasitəsilə Azərbaycana gətirilməsi üçün istifadə edilir. Yəni qaz xətti bir tərəfli işləyir, İrandan Azərbaycana, əks tərəfə işlənməsi bir az real görünmür”, – siyasi şərhçi deyib.  

“İran dalan ölkədir, Rusiya onun vasitəsilə bazara çıxa bilməz”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da Meydan TV-yə müsahibəsində bildirib ki, İran üzərindən Qərb sanksiyalarının götürüləcəyi barədə fikirlər səsləndirilsə də, real iş görülməyib.

Avropa İttifaqı ilin sonuna qədər Rusiya neftini 90 faiz azaltmaq haqqında qərar qəbul edib. Ancaq İrana qarşı yumşalma məsələsini görmürük”, – mərkəz rəhbəri deyib.

Onun sözlərinə görə, Qərb istəmir ki, İran Avropanın çıxılmaz vəziyyətdə olduğunu düşünməsin, çünki belə də Tehran nüvə danışıqlarında şərtlərini daha da sərtləşdirə bilər.

Bununla belə, İlham Şaban hesab edir ki, İrana Qərblə əməkdaşlıq Rusiya ilə əməkdaşlıqdan daha çox sərf edər. 

“Qərbdə kapital və texnologiya var. 2015-ci ilin iyul ayında İrana qarşı sanksiyalar yumşaldılmasından sonra belə Tehran Moskva ilə enerji sahəsində əməkdaşlığını gerçəkləşdirə bilmədi. O zaman nə qədər söhbət vardı ki, İranın quru yataqlarına “Lukoyl”, “Rosneft” kimi şirkətlər gələcək, yaxud “Qazprom” layihələrdə iştirak edəcək. Hətta İran qazının maye şəklində tankerlərlə ixracından danşılırdı, ancaq heç bir layihə baş tutmadı”, – ekspert deyib.

O xatırladıb ki, Rusiya 2014-cü ildə Krım və Donbası ilhaq edəndən sonra Qərbin sanksiyaları ilə üzləşdi və nəticədə Tehran şimal dövlətlə hansısa texnologiyayla iş görə bilmədi.    

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button