2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Qərb peyklərinin ‘legitim’ hədəflər ola biləcəyini deyir

Qərbin kommersiya peykləri Ukrayna müharibəsinə qarışarsa, Rusiya üçün legitim hədəflərə çevrilə bilər. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin aparıcı rəsmisi xəbərdarlıq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin silahlara nəzarət və yayılmaması departamentinin direktor müavini Konstantin Vorontsov oktyabrın 26-da BMT-də deyib ki, Ukraynadakı müharibəyə yardım üçün Qərb peyklərindən istifadə “aşırı təhlükəli tendensiyadır”.

“Kvazi-mülki infrastruktur cavab zərbəsi üçün legitim hədəf ola bilər”, – Vorontsov BMT-nin Birinci Komitəsində deyib. Onun sözlərinə görə, Qərbin Ukraynadakı müharibəyə dəstək üçün belə peyklərdən istifadəsi “provokativdir”.

“Mülki kosmik infrastrukturun, o cümlədən kommersiya infrastrukturunun komponentlərinin ABŞ və silahlı münaqişələrdəki müttəfiqləri tərəfindən istifadəsindən danışırıq”, – deyən Vorontsov konkret peyk şirkətlərinin adını çəkməyib.

Milyarder İlon Mask bu ayın əvvəlində deyirdi ki, SpaceX raket şirkəti Ukraynadakı Starlink internet xidmətini maliyyələşdirməkdə davam edəcək, bunu “xeyir işlərə” ehtiyacla izah edib.

Mask Yerin orbitində 2 mindən çox peyki və yerdə minlərlə terminalı olan Starlink şəbəkəsini Ukraynada fevralın sonunda işə salıb. Bunadək Rusiyanın Ukraynaya hücumu İnternet xidmətlərini sıradan çıxarmışdı.

BMT-nin Birinci Komitəsi Baş Assambleyanın altı əsas komitəsindən biridir, tərksilah, beynəlxalq təhlükəsizlik məsələləri ilə məşğul olur. Komitə hər il oktyabrda 4-5 həftəlik iclas keçirir.

Rusiya ABŞ və Çin kimi fəzada ciddi hücum qabiliyyətinə malikdir.

Ötən il Rusiya köhnə peyklərindən birini dağıtmaq üçün kosmosa antipeyk raketi buraxıb.

24 saat” “
Rusiya Qərb peyklərinin ‘legitim’ hədəflər ola biləcəyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button