Now Reading:
Rusiya Qarabağla bağlı Azərbaycandan TƏLƏBİNİ açıqladı

Rusiya Qarabağla bağlı Azərbaycandan TƏLƏBİNİ açıqladı

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı suala belə cavab verib: “Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”. Başqa sözlə Lavrov “Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatını verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın” demək istəyir. 

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu qeyd edib ki, bu cür həll Azərbaycana lazım deyil: “Lavrovun dedikləri Dağlıq Qarabağın “müstəqilliyinə” yol açır. Nazir tam ermənilərin dediyini təkrarlayıb və İrəvanın çox çalışdığı “paket həll” variantını tələffüz edib. Bundan sonra hələ də inananlar var ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa məcbur edəcək”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.