2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Rusiya qazını niyə rubla satmaq istəyir?

“Bununla Rusiya dünya bazarında rubla tələbat formalaşdırmağa və onun dönərli valyutaya çevrilməsinə nail olmağa çalışır”.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Avropaya qazın nəqli zamanı ödənişin yalnız rublla həyata keçirilməsi barədə Rusiyanın verdiyi qərarın nə demək olduğuna aydınlıq gətirərkən deyib:

“Burada əsas məqsəd Rusiyadan qaz alan, xüsusən də dost olmayan ölkələrin rublla yığım etməsinə nail olmaqdan ibarətdir. Yəni həmin ölkələr ödənişi rublla həyata keçirsə, məcburdur ki, öz ehtiyatlarının bir qismini məhz Rusiya valyutasında saxlasın. Belədə, Rusiya dünya bazarında rubla tələbatın yaranmasına çalışır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu baş verərsə müəyyən mənada rubl da möhkəmlənəcək:

“Şirkətlər rubl yığmalıdır, bu da ona tələbat yaradacaq. Onun özü də dolayısı ilə qismən də olsa rublun möhkəmlənməsinə gətirib çıxaracaq”.

Ancaq ekspert qeyd edir ki, bu addım Rusiyaya geniş mənada deyil, qismən kömək edəcək:

“Məsələ ondadır ki, rubl rus bazarına daxil olsa da, şirkətlər digər öhdəliklərini yerinə yetirmək üçün yenə də bazardan valyuta tələb edəcək. Yəni aldığı rublu sonradan valyutaya çevirmək təşəbbüsündə bulunacaqlar. Nəticədə daxili bazarda yenə də xarici valyutaya tələb yaradacaq”. (Bizim.Media)

24 saat” “Rusiya qazını niyə rubla satmaq istəyir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button