24saat.org Rusiya qırıcıları Suriyanı bombaladı, 49 nəfər öldü - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Rusiya qırıcıları Suriyanı bombaladı, 49 nəfər öldü

Suriyanın İdlib bölgəsinin bombalanması nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Bu barədə BMT-dən bildirilib.

Qeyd edilir ki, bölgədə həkim və dərman preparatı çatışmır. Qeyd edək ki, “Haber7” Suriya İnsan Haqları Müşahidə evinə istinadən bombardmanların Rusiya qırıcıları tərəfindən həyata keçirildiyini bildirib.

***16:57

Rusiya qırıcılarının Suriyanın İdlib bölgəsinin Zerdene kəndini bombalaması nəticəsində 44 dinc vətəndaş ölüb, onlarla insan yaralanıb.

Məlumatı Suriya İnsan Haqları Müşahidə evi yayıb.

Bildirilib ki, bölgədə həkim və dərman preparatı çatışmır.

Rusiyanın Müdafiə Nazirliyindən isə bildirilib ki, həmin bölgədə döyüş təyyarələri uçmur. Nazirliyin məlumatına görə, Rusiya qırıcıları Zerdene kəndinə havadan zərbə endirməyib. Nazirlikdən qeyd edilib ki, hadisə Nusra Cəbhəsi ilə müxalifət arasında atışma nəticəsində baş verib.

Ancaq müxalifət bu qətliamı Rusiyaya məxusu “Su-24” qırıcılarının törətdiyini bildirib. Onlar həmin döyüş təyyarələrinin Rusiyanın Suriyanın Lazkiya bölgəsindəki hərbi bazasndan havaya qalxdığını bəyan ediblər.

Qeyd edək ki, İdlib bölgəsinin Zerdene kəndini Bəşşar Əsədə müxalif qüvvələrin nəzarəti altındadır.

“Report”

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.