Loading...
Loading...
Xəbərlər

Rusiya qoşunları İlan adasından çıxarılır

Rusiya ordusu qarnizonunun qüvvələrini işğal olunmuş İlan adasından çıxarıb və ehtimal edilir ki, adanı tam tərk ediblər.

Bu məlumatı Ukraynanın “Cənub” operativ komandanlığının Facebook səhifəsində yayıblar.

Məlumatda bildirilir ki, Ukrayna tərəfindən atəşdən sonra rusiyalılar iki sürətli katerlərlə tələsik qarnizonun qüvvələrini evakuasiya ediblər.

Ukrayna komandanlığının habelə məlumatına görə, hazırda adada yanğındır, partlayış səsləri eşidilir.

Az sonra Rusiya Müdafiə Nazirliyi (MN) hərbçilərinin adanı tərk etdiklərini təsdiqləyib. Nazirlikdən bildirilib ki, İlan adasında tapşırıqların icrasını bitiriblər və xoşməramlı addım kimi oradakı qarnizonu çıxarıblar.

“Bununla da dünya ictimaiyyətinə göstərildi ki, Rusiya Federasiyası Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının daşınması üzrə humanitar dəhlizin təşkili üçün Birləşmiş Millətlər Təşkilatının səylərinə maneçilik törətmir”, – açıqlamada bildirilir.

İlan adası fevralın 24-dən-müharibənin ilk günündən Rusiya qoşunlarının nəzarətində idi. May ayında Rusiya MN adaya enməyə çalışan Ukrayna desantının qarşısını aldığını bildirmişdi.

Ukrayna da, öz növbəsində, ada yaxınlığında bir neçə Rusiya gəmisinin vurulduğunu açıqlamışdı.

Qara dənizinin şimal-qərbindəki İlan adası Odessa vilayətinin sahilinə və Odessa limanına girişə nəzarət uğrunda mübarizədə mühüm önəmə malikdir.

Rusiya bu il fevralın 24-də Ukraynaya hücum edib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  ABŞ Rusiyaya kömək edən Özbəkistan şirkətinə sanksiya qoydu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button