2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya qoşunlarını Ukraynadan çıxarmaq şərtini rədd edir

Bunu noyabrın 14-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması Moskva üçün danışıqların ön şərti kimi qeyri-məqbuldur.

Bunu noyabrın 14-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O əlavə edib ki, Moskvanın danışıqlara hazır olduğunu prezident Vladimir Putin dəfələrlə bəyan edib:

“Amma bu danışıqlar təbii ki, yerdə yaranmış vəziyyəti bnəzərə almalıdır”.

Bundan əvvəl noyabrın 11-də Rusiyanın Ukrayna ilə heç bir şərt qoyulmadan dialoqa hazır olduğunu xarici işlər nazirinin başqa bir müavini – Sergey Ryabkov bildirmişdi.

Ukrayna prezidenti Volodimir Zelenski isə deyir ki, Moskva ilə danışıqların ön şərti Rusiya qoşunlarının Krım da daxil, Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan bütün ərazisindən çıxarılmasıdır.

Vaşinqton Kiyevə təzyiq göstərməsə də…

Noyabrın 13-də The Wall Street Journal qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Ukraynaya Rusiya ilə danışıqlar üçün “realist” şərtlər qoymağa çağırıb.

Vaşinqton rəsmən Kiyev üzərinə Rusiya ilə danışıqlara getməsi üçün heç bir təzyiq göstərmir.

Prezident Co Bayden isə deyib ki, sülh tənzimləməsinin şərtləri Kiyevdən asılıdır.

Son günlərdə Ukraynanın cəbhədəki uğurlarıl fonunda müxtəlif ölkələrin liderləri Kiyevi danışıqların bərpa olunmasına çağırıblar.

Ukrayna və Rusiya rəsmiləri arasında son üzbəüz təmas martın 29-da İstanbulda olub.

Noyabrın 14-də Fransa prezidenti Emmanuel Makron tərəfləri danışıqlar masasına qayıtmağa sövq etmək məqsədilə diplomatik səylərə çağırıb.

Bununla belə Fransa prezidenti France Interə müsahibəsində vurğulayıb ki, danışıqlar Ukraynaya sərfəli şərtlərlə keçirilməlidir.

Makron noyabrın əvvəllərində Moskva və Kiyevi danışıqlar üçün radikal şərtlər qoymamağa çağırnmışdı.

Bu arada Avstriyanəın xarici işlər naziri Aleksander Şellenberq deyib ki, Rusiyanı “ləğv etmək” olmaz və Moskva ilə Kiyev arasında dialoq qapısı açıq saxlanmalıdır.

Ankarada məxfi danışıqlar?

Kommersant qəzeti isə yazır ki, noyabrın 14-də Türkiyənin Ankara şəhərində Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar başlanıb.

Qəzet xəbər verir ki, Rusiya tərəfindən danışıqlarda Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin istirak edir.

24 saat” “
Rusiya qoşunlarını Ukraynadan çıxarmaq şərtini rədd edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button