2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya qüvvələri Lisiçanskı bombalayır

Britaniya kəşfiyyatı Donetskdə Moskvanın dəstəklədiyi separatçı hakimiyyətin ilkin qüvvə sayının 55 faizi qədər itki verdiyini bildirir

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya qüvvələri Ukraynanın Donbas regionunu atəş altında saxlayır, Luqansk vilayətindəki Lisiçansk və Severodonetsk şəhərlərində Ukrayna qüvvələrini tam mühasirəyə almağa çalışır.

Luqansk hərbi administrasiyasının başçısı Sergey Qayday Lisiçanskdakı Ukrayna qüvvələrinin nəhəng və amansız artilleriya hücumuna məruz qaldığını deyib.

“Onlar oradakı hər şeyi sadəcə məhv edirlər. Binaları dağıdıblar və təəssüf ki, itkilər var”, – Qayday Telegram-da yazıb.

Rezerv bölümləri

Britaniyanın Müdafiə Nazirliyi iyunun 22-də gündəlik kəşfiyyat bülletenində qeyd edib ki, müharibənin nəticəsi tərəflərin cəbhəyə rezerv bölümlərini cəlb etmək bacarığından asılı olacaq.

Britaniya kəşfiyyatı Donetskdə Moskvanın dəstəklədiyi separatçı hakimiyyətin ilkin qüvvə sayının 55 faizi qədər itki verdiyini bildirir. Separatçı qurum özü 2100 ölü, 8900 yaralısı olduğunu açıqlayıb.

Hesabata görə, separatçılar köhnəlmiş Rusiya silahları və avadanlığı ilə təchiz ediliblər. Martın 25-dən bəri rəsmi itki sayını dərc etməyən Rusiya nizami qüvvələrinin də böyük itki verdiyi qeyd olunur.

Ukrayna da rəsmi itki sayını açıqlamır, ancaq Prezident Volodimir Zelenski və digər rəsmiləri hər gün 100-ədək əsgərin öldürüldüyünü bildiriblər.

Cəbhədə vəziyyət

İyunun 21-də Ukrayna ordusu Rusiya qüvvələrinin Lisiçansk və Severodonetsk yaxınlığında iki şəhəri tutduğunu açıqlayıb. Pidlisne və Mirna Dolina Toşkivka-Pidlisne istiqamətində yerləşirlər.

Ukrayna Rusiyanın Toşkivka cəbhə kəndini də ələ keçirdiyini təsdiqləyib.

Britaniya kəşfiyyatının məlumatına görə, itkilərin artmasına baxmayaraq, Rusiya “Donbasa xeyli sayda rezerv bölmələri yerləşdirməyə hazırlaşır”.

Zelenski isə ötən gecəki müraciətində hərbi vəziyyətin çox çətin olduğunu deyib.

Severodonetskdəki Azot kimya zavodunda 500-dək dinc sakinin qaldığı xəbər verilir.

24 saat” “
Rusiya qüvvələri Lisiçanskı bombalayır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button