2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya qüvvələri Severodonetskə əsasən nəzarət edir

Zelenski qüvvələrinin “texnika, özəlliklə artilleriya sistemlərinin həcmi baxımından rusiyalıların ciddi üstünlüyü ilə üzləşdiyini” deyib

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Severodonetsk şəhərinin əksər hissəsinə nəzarət etdiyini bildirirlər. Ölkənin şərqində yerləşən bu şəhərə gedən bütün körpülər dağıdılıb. Kiyev Donbasda ağır döyüşlər getdiyini bəyan edir.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzianik iyunun 13-də intensiv döyüş getdiyini, amma Rusiya qüvvələrinin artilleriya üstünlüyünə, yaylım atəşi sistemlərindən istifadəyə görə şəhərə nəzarət etdiyini bildirib.

Motuzianikin sözlərinə görə, Rusiya qüvvələri “piyada bölümlərində böyük itkilər verir”, amma artilleriya və hücum təyyarələrinin köməyilə irəliləməkdədirlər.

Ukrayna rəsmiləri şəhərdə qalanlar üçün təchizat xətlərinin bağlandığını, hazırda evakuasiyanın mümkün olmadığını deyirlər. Severodonetski əkiz şəhəri Lisiçanskla birləşdirən üç əsas körpü dağıdılıb.

“Sadəcə dəhşətlidir”

Severodonetsk və Lisiçanskın tutulması Rusiya qüvvələrinin Luqansk vilayətini bütünlükdə nəzarətə alması deməkdir. Hazırda bu vilayətin böyük hissəsi Rusiyanın dəstəklədiyi separatçıların əlindədir.

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 13-də gecə müraciətində deyib ki, Donbas döyüşü “Avropada və Avropa uğrunda ən qəddar müharibələrdən biri kimi hərb tarixinə düşəcək”.

Zelenski qüvvələrinin “texnika, özəlliklə artilleriya sistemlərinin həcmi baxımından rusiyalıların ciddi üstünlüyü ilə üzləşdiyini” deyib, bir daha Qərbi Ukraynanı müdafiə edənlərə daha çox müasir ağır silah sistemi göndərməyə çağırıb.

“Bu döyüşün bədəli çox böyükdür. Sadəcə dəhşətlidir. Gündəlik olaraq tərəfdaşlarımızın diqqətini bir fakta yönəldirik ki, Ukraynaya gərəkli sayda müasir artilleriya üstünlüyümüzü təmin edər, Rusiyanın Ukraynanın Donbasına işgəncəsinə son qoyar”, – o, sözlərinə əlavə edib.

Zelenski Ukrayna əsgərlərinin hücumu dayandırmaq üçün hər şeyi elədiklərini vurğulayıb.

Şəhərin 70-80 faizinə nəzarət edirlər

Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday daha öncə AzadlıqRadiosuna deyib ki, Severodonetskdən çıxan üç körpünün hamısı istifadəsiz haldadır, şəhərdə qalanlar üçün şərait “həddən artıq çətindir”.

“Körpülərin hamısı dağıdılıb, bu gün şəhərə nəsə aparmaq mümkün deyil”, – deyən Qayday evakuasiyaların mümkün olmadığını vurğulayıb.

O, Rusiya qüvvələrinin qaz, su, elektrik infrastrukturunu tamamilə dağıtdığını, tibbi xidmətlə bağlı “nəhəng problemlər” olduğunu söyləyib.

Qayday Rusiya ordusunun Severodonetskin 70-80 faizinə nəzarət etdiyini bildirib. Müharibədən qabaq şəhərdə 100 mindən çox insan yaşayırdı.

Müdafiə xərclərində 20 faiz artım

Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların liderlərindən Eduard Basurin isə iyunun 13-də Severodonetskin “faktiki” mühasirəyə alındığını deyib.

“Severodonetskdə qalan Ukrayna bölmələri həmişəlik orda qaldılar”, – Basurin Donetskdə mediaya deyib.

Ancaq Rusiyanın Ukraynanın şərqində hücumu baha başa gəlir, Bunu Britaniyanın Müdafiə Nazirliyi iyunun 14-də gündəlik kəşfiyyat bülletenində bildirib.

Bülletendə Rusiyanın Hərbi Sənaye Komissiyasının aparıcı rəsmisinə istinadla deyilir ki, müdafiə xərcləri 600-700 milyard rubl (10.5 milyard- 12.3 milyard rubl) arta bilər, bu isə Rusiyanın müdafiə büdcəsində 20 faizlik artım deməkdir.

24 saat” “
Rusiya qüvvələri Severodonetskə əsasən nəzarət edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button