Loading...
Loading...
Dünya

Rusiya qüvvələrinə ağır zərbələr endirildiyi xəbər verilir 

Ukraynada Luhansk vilayətinin başçısı bildirib ki, Rusiya qüvvələrinin işğal olunmuş Lisiçanskdakı hərbi qərargahına zərbə endirilməsi nəticəsində 100-dək Rusiya hərbçisi öldürülüb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Lisiçansk şəhərində Ukrayna Təhlükəsizlik Xidməti – SBU-nun keçmiş binasına zərbə endirilməsi barədə xəbərlər hələ avqustun 16-da yayılmışdı.

Avqustun 17-də Luhansk vilayətinin başçısı Sergey Qayday bu zərbə və onun nəticələri barədə Telegram-da daha ətraflı məlumat verib:

İlkin məlumata görə müvəqqəti işğal olunmuş Lisiçanskda SBU-nun keçmiş binası dağıdılıb. İşğalçılar burada öz qərargahlarını qurmuşdular. Hələlik “çatdan” 100-dək o qədər də sıravı olmayan “abunəçi” çıxıb. İnformasiya dəqiqləşdirilir”.

Qayday bu şəkildə “şifrələnmiş terminlərlə” 100-dək heç də sıravi olmayan hərbçinin məhv edildiyini bildirib.

Qayday habelə zərbənin nəticələrini göstərdiyi iddia olunan videonu dərc edib. Videoda dağılmış bina və dağıntıların altından çıxan bayraq dirəyi və Rusiya bayrağı görünür.

AzadlıqRadiosu bu videonun çəkiliş yerini geolokasiya edə bilib. Videodakı Lisiçanskın mərkəzindəki Sobornaya küçəsidir.

Wikimapia xidmətinin və digər açıq mənbələrin məlumatından bunun qonşu 286-cı diviziya küçəsi, ev 16 ünvanı olduğu bəlli olur. SBU-nun Lisiçansk üzrə idarəsi məhz bu ünvanda idi.

Bu da qeyd olunur ki, Lisiçansk Təhlükəsizlik Xidmətinin binası şəhərdəki Rusiya qüvvələrinin yeganə qərargahı olmaya bilər.

Separatçılar qismən təsdiq edirlər

Qondarma Luhansk Xalq Respublikasının fövqəladə hallar idarəsi Lisiçanskda baş verən hadisəni şərh edərkən “inzibati binada” beş nəfərin həlak olduğunu, daha dörd nəfərin xarabalıqda axtarıldığını bildirmişdi.

Bu da qeyd olunurdu ki, SBU-nun keçmiş üçmərtəbəli binasının “uçmasının” səbəbləri araşdırılır.

Ukrayna tərəfi iddia edilən zərbənin hansı silahla endirildiyini şərh etməyib.

Bu arada işğal olunmuş Melitopol şəhərinin meri İvan Fyodorov avqustun 16-da şəhər mərkəzində Rusiya qüvvələrinin komendaturasının yaxınlığında partlayış baş verdiyini bildirib.

Bundan əvvəl Fyodorov bildirmişdi ki, elektrik yarımstansiyasının yerləşdiyi ərazidə də partlayışlar olub və bundan sonra şəhərdə teleefir kəsilib.

24 saat” “
Rusiya qüvvələrinə ağır zərbələr endirildiyi xəbər verilir 
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Türkmən fəalları İstanbuldakı konsulluqda döyüblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button