2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya rəsmiləri Trump-ın müşavirlərinə təsirdən danışırmışlar

Rusiya kəşfiyyat və siyasi rəsmiləri Donald Trump-a seçki kampaniyası müşavirləri vasitəsilə təsir göstərməyi götür-qoy edirmişlər. Bunu ABŞ casusları ötən yay öyrəniblər. Xəbəri «The New York Times» mayın 24-də adı çəkilməyən ABŞ rəsmilərinə istinadla yazıb.

LOVĞALANIRMIŞLAR

Saytların yığılması Saytlarin yigilmasi

Onda rusiyalılar daha çox Trump-ın kampaniyasının rəhbəri Paul Manafort və istefada olan general Michael Flynn-ə təsirdən danışırmışlar. M.Flynn onda Trump-a xarici siyasətlə bağlı məsləhətlər verirdi və daha sonra onun milli təhlükəsizlik müşaviri oldu. Elə Rusiyayla əlaqələr üzündən də vəzifədə çox qala bilmədi, işdən çıxarıldı.

Qəzet yazıb ki, hər iki şəxsin Rusiya rəsmiləriylə əlaqələri olub. Rusiyalılar da bu kontaktların Trump-ın Rusiyaya dair baxışlarının formalaşmasına kömək edəcəyindən əmin imişlər.

Rusiyalılardan bəziləri Flynn-i yaxşı tanımaqlarıyla lovğalanırmışlar. Hətta söhbət gəzirmiş ki, Ukraynanın devrilmiş, hazırda Rusiyada yaşayan keçmiş prezidenti Viktor Yanukovych-dən də yararlanmaq olar, çünki o da vaxtilə Manafort-la işləyib.

Bundan öncə CNN bəzi telefon danışıqları barədə məlumat yaymışdı. Həmin danışıqlarda Rusiya rəsmiləri Flynn-lə münasibətlərindən ağızdolusu danışır, ona təsir yollarını müzakirə edirdilər.

D.Trump və V.Putin

D.Trump və V.Putin

ETİBARLI DƏLİLDİR, AMMA…

«The Times»ın yazdığına görə, ABŞ kəşfiyyat agentliklərinin topladığı informasiya Federal Təhqiqat Bürosuna (FTB) təqdim olunmağa etibarlı dəlil sayılır. FTB hazırda Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə təsirini araşdırır.

Ancaq bir şey bəlli deyil ki, danışıqları dinlənən Rusiya rəsmiləri doğrudan da Manafort, yaxud Flynn-ə birbaşa təsir göstərməyə cəhd ediblərmi. Çünki onların hər ikisi Rusiya hökumətiylə hər hansı anlaşmaya getmədiklərini deyiblər.

Bu məqalədən bir gün öncə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri John Brennan Rusiya prezidenti Vladimir Putin-in seçkinin nəticəsinə təsir göstərməyə çalışdığını söyləyib. J.Brennan deyib ki, Rusiya kəşfiyyat agentliklərinə bununla bağlı şəxsən xəbərdarlıq edibmiş.

Rusiya Trump-ın müşavirlərindən hansısa biriylə birbaşa işləyibmi? Bu sual indi ABŞ-da aparılan təhqiqatın mərkəzində durur. Təhqiqatı həm Konqres, həm də Ədliyyə Departamenti aparır.

Rusiya dəfələrlə bu iddiaları rədd edib, Trump isə iddiaları və təhqiqatı «saxta xəbər» adlandırıb.

«XƏBƏRSİZ OLMUŞAM»

«Rusiyalılar mənə təsir göstərməyə hər hansı cəhd göstəriblərsə belə, bundan xəbərsiz olmuşam. Seçkiyə təsir göstərməkdən ötrü rusiyalılarla anlaşmam olmayıb», – P.Manafort «The New York Times»a deyib.

Manafort ötən ilin mayında Trump-ın kampaniyasının başına keçməmişdən öncə Ukraynada rusiyayönümlü siyasi qurumlarla işləyib. Keçmiş prezident Yanukovych də onun işlədiyi siyasətçilər sırasındadır.

M.Flynn isə daim Rusiyanın ABŞ-ın müttəfiqi olduğunu təbliğ edib. Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra da o, israrla bildirib ki, Rusiya terrorçularla mübarizədə müttəfiq kimi qala bilər.

O, Nümayəndələr Palatasının kəşfiyyat komitəsiylə əməkdaşlıqdan imtina edir, ondan istənilən sənədləri vermir. Ancaq komitə mayın 24-də bildirib ki, Flynn-ə ifadə verməyə rəsmi çağırış göndəriləcək.

 

(azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button